Almaniya Bundestaqının deputatı Von Kramon Taubadelin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 19-20-də Azərbaycana gələcək. Bu barədə “İnterfaks–Azərbaycan” agentliyinə Almaniyanın Bakıdakı səfirliyindən bildirilib.
Səfərin məqsədi Bundestaqın Beynəlxalq Parlament Təqaüdü (İPS) proqramı üçün namizədlər seçməkdir. Seçilən namizədlər Almaniyanın parlament sistemi ilə yaxından tanış ola biləcəklər. Bir neçə ay müdətində ( 2013-cü ilin mart- iyul ayları) davam edəcək İPS proqramı dünyanın 28 ölkəsindən 120 təqaüdçü üçün nəzərdə tutulub.
Proqram Bundestaq prezidentinin, eləcə də üç Berlin universitetinin dəstəyi ilə həyata keçirilir.Bununla yanaşı, təqaüdçülər Almaniya Parlamentinin deputatlarından biri ilə işləyəcəklər, həmçinin Berlin universitetlərindən birində təhsil ala biləcəklər. Təqaüdçülər Almaniya Parlamentində işləyərkən mühazirə və seminarlarda iştirak edə biləcəklər.
Təqaüdçülərin Almaniyada olduqları müddətdə və səfər xərcləri, həmçinin aylıq təqaüdləri Almaniya Parlamenti tərəfindən ödəniləcək.
Azərbaycana səfər çərçivəsində almaniyalı parlamentarilər Milli Məclisin vitse-spikeri Bahar Muradova və digər rəhbər şəxslərlə görüşəcək, Bakı Slavyan Universitetində mühazirə oxuyacaqlar.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət