SOCAR şirkəti (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) 2016-ci ildə Gürcüstanda karbamid zavodunun inşasını başa çatdırmağı planlaşdırır. Bu barədə şirkətdən məlumat verilib.
“Zavodun illik istehsal gücü 660 min ton olacaq. Tikinti işləri 2016-cı ildə başa çatdırılacaq. Zavodun tikintisinə 1500 işçi cəlb ediləcək. İstismara verildikdən sonra zavodda 300-ə yaxın adamın calışacağı nəzərdə tutulur”,- deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi çərşənbə axşamı Gürcüstanda karbamid zavodunun təməlqoyma mərasimi keçirilib
Kulevidə dəyəri $700 mln. təşkil edən zavod azad sənaye zonasında 24 hektar ərazidə tikiləcək. Gürcüstan Hökuməti zavodun yaradılması və təchizatı hüququnu ARDNŞ-nin törəmə strukturu SOCAR Georgia Investments MMC-yə verib . Azad sənaye zonası 600 min kv. metr ərazidə 99 il müddətinə yaradılacaq. Azad sənaye zonası 2014-cü il sentyabrın 1-dən gec olmayaraq fəaliyyətə başlamalıdır.
Xəbər verildiyi kimi ARDNŞ-in Sumqayıt və Kulevidə tikməyə qərar verdiyi karbamid zavodları şirkətə ildə 1 mln.ton azot gübrəsi istehsal etməyə imkan verəcək.Məhsul əsasən beynəlxalq bazarlara çıxarılacaq.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət