Regionda İslam Bankçılığının tətbiqində ilk addım atan Azərbaycan Beynəlxalq Bankı (ABB) Malayziya Mərkəzi Bankı tərəfindən təşkil olunan Qlobal İslam Maliyyə Forumuna (GIFF) dəvət alıb.
GİFF sentyabrın 18-20-də Kuala-Lumpurda keçirilir.
GİFF 2012-nin mövzusu “İslam maliyyəsinin beynəlmiləlləşdirilməsi: iqtisadiyyatlar arasında əlaqələrin yaradılması”, məqsədi inkişafda olan İslam iqtisadiyyatı industriyasının beynəlxalq potensialının araşdırılmasıdır.
“Bizim məqsədimiz ölkəmizi təmsil etmək və Azərbaycanın bank sektoru haqqında ətraflı məlumat verməkdir. Dünyada sürətlə inkişaf edən iqtisadiyyatlar sırasında olan Azərbaycana forum iştirakçılarının əksəriyyəti böyük maraq göstərirlər. Onlar bizimlə əməkdaşlığın gələcəkdə geniş imkanlar açacağını nəzərə alırlar və İslam bankçılığı sahəsi də bu əməkdaşlıq potensialından kənarda qalmayıb. Hazırda İslam bankçılığının dünyada inkişaf etdirilməsində Malayziya böyük rol oynayır. Azərbaycanda da bu sahəni inkişaf etdirmək məqsədilə biz Malayziyadan olan həmkarlarımızın təcrübəsindən istifadə etməyi düşünürük”, – deyə ABB-nin İslam bankçılığı Departamentinin direktoru Behnam Qurbanzadə bildirib.
GIFF-2012-də İslam maliyyəsinin potensialı, iqtisadi əlaqələrin yaradılması, həmçinin əlaqələrin qurulması və möhkəmləndirilməsi məqsədilə iqtisadi sahənin mütəxəssisləri, tənzimləyici orqanların nümayəndələri, şəriət alimləri və dünyanın hər bir yerindən olan biznes dairələrinin nümayəndələri iştirak edir.
Bu Forum Malayziya Qiymətli Kağızlar Komissiyası, İslam Bankçılığı İnstitutları Asossiasiyası, Malayziya İslam Bankçılığı və Maliyyə İnstitutu, Malayziya İslam Sığortası Asossiasiyası, İslam bankçılığı üzrə şəriətin araşdırılması Beynəlxalq Akademiyası və Malaziya Birjasının birgə əməkdaşlığı ilə təşkil olunub.
Xəbər verildiyi kimi, Azərbaycan Beynəlxalq Bankı (ABB) 2012-ci ilin sentyabrın əvvəlində respublikada İslam bankinqinin tətbiq edilməsi layihəsi çərçivəsində “İslam Pəncərəsi”nin tətbiqini elan edib. ABB İdarə Heyətinin qərarı ilə bankda İslam bankinqi Departamenti yaradılıb. ABB-də İslam bankinqinin tətbiqi mərhələli şəkildə həyata keçiriləcək. 2012-ci ilin sonuna qədər Department tamamilə formalaşdırılacaq və yeni ofisə yerləşdiriləcək.Həmçinin, növbəti üç ay ərzində departamentin investisiya portfelinin formalaşdırılması, eləcə də maliyyələşdirmə xətlərinin və cari layihələrin departamentin idarəçiliyinə verilməsi başa çatdırılacaq.
Yeni qurum 2013-cü ilin yanvar ayından korporativ və fərdi müştəriləri maliyyələşdirməyi planlaşdırır.
Xəbər verildiyi kimi, ABB bankda islam bankçılığı üzrə ixtisaslaşan strukturun yaradılması üçün “Salans/KPMG/Pinsent Masons/Dar al Shariah” şirkətlər konsorsiumunu məsləhətçi seçib.
Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə təsis edilib və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i özəl səhmdarlara məxsusdur. AMB-nin səhmdarları 14 hüquqi və 1,556 min fiziki şəxsdir.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət