Sentyabrın 21-23-də Bakıda Azərbaycanın diplomatik missiyalarının rəhbərlərinin növbəti müşavirəsi keçiriləcək.Bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev çərşənbə günü brifinqdə məlumat verib.
“Bu Azərbaycanın diplomatik missiyalarının rəhbərləri və səfirlərinin dördüncü müşavirəsi olacaq. Müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və digər nazirlik və idarə rəhbərlərinin çıxışları gözlənilir”, - deyə E.Abdullayev bildirib.
O bildirib ki, Azərbaycan Prezidenti çıxışı zamanı ölkə diplomatiyasının gələcək inkiçaf istiqamətlərini qeyd edəcək və müvafiq tapşırıqlar verəcək. Bundan başqa, müşavirə çərçivəsində “Qlobal siyasi tendensiyalar və onları regiona təsiri” mövzusunda panelin keçirilməsi nəzərdə tutulur. Paneldə ABŞ-da fəaliyyət göstərən Mərkəzi Asiya və Qafqaz İnstitutunun rəhbəri Frederik Starr, Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin, İslam Əməkdaşlığı Təşkilatının baş katibinin müavini Əbdülmuiz Buxari çıxış edəcəklər.
Üç gün davam edəcək müşavirə Azərbaycan Diplomatik Akademiyasının yeni tədris kompleksində keçiriləcək.
Bu günə Azərbaycan bütün dünyada 70-dən artıq diplomatik missiyalara sahibdir.
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İş axtaranların nəzərinə - "Yelo Career Festival" keçiriləcək!
Bank Respublika və Niderland İnkişaf Bankı arasında növbəti iri həcmli kredit sazişi bağlandı!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət