Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunun fəxri professoru, Naxçıvan Dövlət Universitetinin fəxri doktoru, bir çox tarixi tədqiqat əsərlərinin müəllifi Rudolf İvanovun“İnterfaks - Azərbaycan” agentliyinə müsahibəsi. Rudolf İvanov həmçinin, “Hacı Murad: sənədlər, məktublar, oçerklər, faktlar”məcmuəsinin müəlllifidir
- Bu ilin aprel ayında Dağıstan və Çeçenistanın üçüncü imamı şeyx Şamilin məşhur naibi Hacı Muradın ölümündən 160 il ötdü.Bununla əlaqədar, Rusiya mətbuatında Hacı Muradın bu günə qədər Peterburqun Böyük Pyotr adına Antropologiya və Etnoqrafiya Muzeyində saxlanılan və nümayiş etdirilməyən kəllə sümüyünün Dağıstana verilməsi barədə təkliflər irəli sürüldü.Sizin buna münasibətiniz?
- Hə həqiqətən, Dağıstanda ayrı -ayrı siyasətçilər və iş adamları bu fikirdədirlər.Dağıstanda bununla əlaqədar Hacı Murad və Tostoya abidə ucaltdılar, lakin, mənim bu ölkəyə bağlılığıma rəğmən, (axı mən Hacı Muradın vətəni olan Xunzaxın fəxti vətəndaşıyam, bununla yanaşı Dağıstan sərkərdələri, eləcə də L.N. Tolstoydan sonra Hacı Murad barəsində yeganə kitabın müəllifiyəm) başı bədəndən ayrı saxlamaq təhqirdir. Çoxəsrlik ənənələrə görə millətindən və inancından asılı olmayaraq bütün insanlar bilir ki, bədən başla birgə dəfn edilməlidir.Təkrar edirəm, başsız bədəni dəfn etmək başı saxlamaq i ağılsızlıqdır, buna heç bir bəraət qazandırmaq olmaz.
-Siz əfsanəvi dağlı Hacı Muradın həyatının tədqiqatçısızınız. Onun həyatından hansı naməlum faktları aşkarlaya bildiniz?
- Bu faktlar az deyil. Hacı Muradın facıəsini düzgün anlamaq üçün bunları bilmək lazımdır. Əvvəla çox az bilinən, lakin vacib faktlar barədə. L.N. Tolstoyun Hacı Murad obrazını yaratmaq niyyəti hələ 1851-ci ildə yaranıb, o vaxt 23 yaşlı zabit L.N.Tolstoy Qafqaza gəlib və mətbuatda Hacı Muradın Dağıstandan Rusiyaya getməsi, sonra da 1852-ci ilin aprel ayında ölməsi barədə yayılan xəbərlərin şahidi olub.Lakin, böyük yazıçı povest üzərində bir qədər gec 1896-1904-cü illərdə işləyib. Hacı Muradın obrazı hər zaman yazarı özünə əsir etmişdi.
“Hacı Murad” əsəri üzərində çəkilən çox böyük zəhmət nəticəsində povestin 10 variantı hazırlanıb.Son variant 250 müəllif səhifəsindən ibarətdir, 2152 səhifə qaralıama əlyazması mövcud idi.
Ən əvvəldən böyük roman yazarı Tolstoy yeni başlayan dokumentalist Tolstoyla mübarizə aparırdı.Roman yazarı qalib gəldi. Əsəri yaratdığı 8 il ərzində Tolstoy Hacı Muradın real obrazını yaradıb -yarda bilməyəcəyi şübhəsi içində idi.Hacı Muradın əslinə uyğun obrazını yaratmaq üçün materiallar toplayarkən çoxsaylı yaradıcılıq uğursuzluqları yaşayan ədib povest üzərində işi dayandırmaq barədə qərar verməyə məcbur olur. Əgər L.N.Tolstoyun sadiq və həmişə hər yerdə hazır katibi V.Q.Çertkov olmasaydı bəlkə də dünya L.N.Tolstoyun bu əsəri ilə tanış ola bilməyəcəkdi. Onun təşəbbüsü ilə povest yazıçının ölümündən iki il sonra, 1912-ci ildə nəşr olundu.Povestin çoxmilyonlu tirajları o zaman baş verən hadisələrin əsl səbəbini kölgədə qoydu, xüsusən də igid Hacı Muradın faciəvi ölümünün səbəbi və təfərrüatı işıqlandırılmadı.Buna görə,sizin sualınıza cavab verərkən tarixi gerçəkliklərin üzə çıxması üçün biz daha L.N.Tolstoyun povestinin süjet xəttinə və faktlarına toxunmayacağıq.
-Hacı Muradın İmperiyanın himayəsi altına keçməyə və onun Rusiya hüdudlarını tərk etməyə məcbur edən səbəblər barədə qısaca danışa bilərsinizmi?
-1851-ci ilin ortasılnda Hacı Muradla Şeyx Şamil arasında ixtilaf yarandı, edam təhlükəsi altında igid dağlı xilas olmaq üçün qaçmağa məcbur oldu.Rusiya sarayı Hacı Muradın Rusiya hakimiyyəti altına keçməsinə son dərəcə maraq göstərirdi.Hacı Muradın təhlükəsiz keçidini təmin etmək üçün 1851-ci il dekabrın 11-də “Qafqaz” qəzetinin xəbər verdiyi kimi, “üç piyada rotası və kazak komandasının müşayəti ilə Hacı Murad Vozdvijenki vilayətinə gətirildi və burda qoşun komandanı general- mayor Meller –Zakomelskiyə təqdim edildi..” 1851-ci il noyabrın 19-da Hacı Murad Tiflisə gəldi və Əlahəzrət İmperatorun şəxsi canişini Mixail Semyonoviç Vorontsova təqdim edildi. Hacı Murad Tiflisdə böyük imperiyanın ali qonağı kimi qarşılandı. Rusiya sarayının və hərbi nazirliyinin o zaman artıq sərkərdə kimi məşhurlaşmış İmamətdə ikinci mühüm şəxs olan igid Hacı Murada böyük ümidləri var idi.İmperator Nikolay Pavloviç özü şəxsən qanlı Qafqaz müharibəsinin bitməsi üçün Hacı Murada böyük ümidlər bəsləyirdi.
O zaman Dağıstan və Çeçenistan xalqları özlərini həlak etmək həddinə gəlib çatdırmışdılar.( orda artıq kiçik oğlan və qızlar da döyüşə gedirdi).Rusiya ordusunun Qafqazda verdiyi itkilər Napaleon Bonapartla müharibədə verdiyi itkilərə bərabər idi.
Qafqaz müharibəsinin sonunda Qafqazda Rusiya qoşunlarının sayı 280 minə çatırdı. O zamanın tarixçiləri qeyd edirdilər ki, bu qədər güclü ordu ilə Prineydən Yaponiya adalarına qədər ərazini ram etmək olardı. Müntəzəm qoşunu olamaya və eyni anda ən çoxu 20-30 min döyüşçü toplaya bilən Şamillə Rusiya 25 il döyüşüb!
Hacı Murad Rusiyada olarkən onun ailəsini anasını, çeçen qızı olan hamilə arvadı Sananı, iki oğlunu, dörd qızını Şeyx Şamilin əmri ilə qaranlıq bir quyuya ataraq daimi nəzarət altında saxlayırdılar.Yeraltı zindanda Sana üçüncü oğlunu dünyaya gətirdi və ona atasının adı verildi- Hacı Murad.
Qafqaz canişini knyaz M.S.Voronsov hərbi komandanlara müraciətində yazırdı” Nə qədər ki. Hacı Muradın arvadı və uşaqları düşmən əlindədir,o bizə faydalı ola bilməyəcək və bundan sonra da onun xidmətlərinə tamamilə ümid etmək olmaz. Buna görə mən ... ona bu maneəni aradan qaldırmağa kömək göstərmək və bunun üçün bizdə olan bütün əsirlərdən istifadə etmək göstərişi vermişəm.
Belə bir vəziyyətdə Hacı Murad öz ailəsinin taleyinə üstəlik hələ ki uğur qazana bilməyən knyaz Vorontsovun ailəsini əsirlikdən qurtarmaq vədlərinə biganə qala bilərdimi?
Hacı Muradın xahişi və Voronsovun strateji ilə zəkası ilə Hacı Murad Nuxaya doğma yerlərin yaxınlığına göndərildi. (Azərbaycanın indiki Şəki şəhərinə), lakin Nuxada yerli hakimlər knyaz Voronsovun göstərişlərinin əksinə olaraq azadlıqsevər dağlı üçün alçaldıcı şərtlər qoydular onu gün boyu nəzarət altında saxlayırdılar.Beləliklə Hacı Murad Nuxada fəxri və hörmətli qonaq yox, dustaq vəziyyətinə düşdü, azad dağlının hər addımı silahlı insanlar tərəfindən nəzarət altında saxlanılırdı. Eyni zamanda Hacı Murad real təhlükə altında olan ailəsini azad etmək fikrindən bir an da olsun dönməmişdi, Lakin məhz Nuxada Hacı Murad Rusiyanın hakim dairələrinin ailəsini əsirlikdən qurtara bilməyəcəyini hiss etdi və ailəsinin xilası üçün Dağıstana qayıtmağa qərar verdi.
1852-ci il aprelin 22-də Hacı Murad dörd nökəri ilə qaravulçuların əhatəsində şəhər ətrafına gəzintiyə çıxdı. Yolda Hacı Muradla Nuxa məhəllə nəzarətçisi Xəlil bəy arasında İslam qanunlarına hörmətsizlik üstündə mübahisə düşdü( Hacı Murad namazlarını vaxtında qılmadığı üçün müsəlman olan Xəlil bəyə əsəbləşmişdi). Bütün keşikçilər öldürülmüşdü , sağ qalan bir nəfər Nuxaya Hacı Muradın qaçışı barədə xəbər çatdırmışdı.Yeri gəlmişkən Hacı Murad özü mömin müsəlman idi. Knyaz Vorontsov bu hadisənin olacağını əvvədən hiss edirmiş kimi hələ 1851-ci il dekabrın 20-də hərbi nazir Çernışevə yazmışdı.” Hacı Muradın dini inancları çox səmimi idi və nəticədə bizə çətinlik törətməyə başladı”
Həmin vaxta Hacı Murad dörd cəsurla dördnala Dağıstan tərəfə çapırdı. Qaçaqlar yalnız soyuq silah və tapança ilə silahlanmışdılar.Tüfəngləri yox idi. Patron ehtiyatı da az idi
-Bəzi məlumatlara görə, Hacı Muradı milliyətcə erməni olan podpolkovnik Karqanovun dəstsəi təqib edirdi. Hacı Muradın həlak olmasında və başının kəsilməsində ermənilərin rolu olubmu?Axı bu naib hələ uzun illər Rusiya İmperiyasına xidmət edə bilərdi.Ermənilər Hazı Murada divan tutmaqla Rusiya taxtı -tacı üçün qaş qayıran yerdə göz çıxartmış olmadılarmı ?
- Sizinlə tamamilə razıyam və öz axtarışlarımda rastlaşdığım faktları sizinlə bölüşmək istəyirəm.
Keşikçinin məruzəsinə əsasən, Nuxa mahalının rəisi, erməni qriqoryan inanclı podpolkovnik İ.İ. Karqanov haray saldı və yalnız Nuxa, Şuşa mahallarının və İlisu sultanlığının jandarmlarını deyil,nizami qoşun hissələrini, silah daşıyan mülki məmurları, hətta ətraf kəndlərin sakinlərini də ayağa qaldırdı.
Təqibdə həmçinin, Karqanovla eyni inanca malik mayor Tumanov və ştab kapitan Arqutinski -Dolqorukov da iştirak edirdilər. Deyilənlərə görə beş qaçağın arxasınca təxminən beş yüzə yaxın başdan ayağa silahlanmış hərbi və mülki şəxs düşmüşdü.
1852-ci il aprelin 23-də səhər çağı Nuxa yaxınlığında meşəlikdə Beləcik kəndi ətrafında mühasirəyə alınmış üç qaçaq ( Hacı Muradın iki nökəri geri qalmışdı və ertəsi günü həbs edildilər) böyük silıahlı dəstəylə bərabər olmayan döyüşə girdi. Onların hamısına aşılanmışdı ki, xaini, Rusiya qoşunlarının necə yerləşdirildiyini və silahlanmasını öyrənmək məqsədi il Rusiyadan Dağıstana qaçan cəsusu izləyirlər.
Döyüşdə Hacı Murad 12-dən 14-ə qədər güllə yarası aldı. Güllələnmiş, ayaq üstə bir təhər dayanan Hacı Murad əlində qılınc mühasirədən çıxmaq üçün özündə güc tapdı ancaq vəhşicəsinə qılıncdan keşirildi.
Faktiki olaraq məhv olmuş insana nə qədər qılınc zərbəsi vurulduğu bəlli deyil, lakin qanlı ziyafət hələ bitməmişdi. Podpolkovnik Karqanov erməni qriqoryan knyazları Arqutinski-Dolqorukov və Tamanovla birgə artıq ölmüş Hacı Muradın başını kəsmək əmri verdi. Hacı Muradın başının kəsilməsi mükafat olaraq onun qədim və qəddar düşməni İlisu pristavı Hacı Ağa və onun gənc oğlu Əhmət xana tapşırıldı.Əfsanəvi qəhrəman məhkəməsiz, istintaqsız quldur ənənələri ilə çox gənc yaçda edam edildi. O zaman onun hələ 36 yaşı var idi.
Hacı Muradla “döyüşün qəhrəmanı” Rusiya İmperiyasının ali hakimiyyəti tərəfindən səxavətlə mükafatlandırıldı.Podpolkovnik Karqanova polkovnik rütbəsi verildi, zabitlər Tumanov və Arqutinski-Dolqorukov müqəddəs Anna hərbi ordeni ilə təltif edildi, Hacı Ağa isə 1852-ci il 24 oktyabr tarixli əmrdə göstərildiyi kimi” xain Hacı Murad və onun ortaqlarının axtarışı,tapılması və məhv edilməsində göstərdiyi igidliyə və mərdliyə görə” üzərində “igidliyə görə yazılmış qızıl qılıncla mükafatlandırıldı.
Heç şübhəsiz ki Hacı Murada tutulan qəddar və əsassız divan Rusiya taxt tacına zərbə vurdu. Hacı Muradın ölümündən sonra nüfuzlu Rusiya mətbuatında qeyd eilirdi:” Hacı Murad özünəməxsus fitri istedada malik dahilərdən biri idi. Onun igid və dəliqanlı dağlılar içində ən igid və dəliqanlı olduğunu demək onun xarakteri haqqında hələ nəsə demək deyil.Hacı Muradın qorxmazlığı hətta Qafqazda heyrətamiz sayılırdı.O qeyri-adi süvari qoşun başçısı idi, zirək, ehtiyatlı, hücumda qərarlı, geri çəkilərkən ələ keçməz.. Bu pəhləvan ağıllı sərkərdələri daima gərginlik içində saxlayıb.Bu dahi vəhşi istər fransa,istər Moltke,ya hər hansı bir Avropa ordusunda olsaydı qısası hər yerdə yaxşı süvari qoşun komandiri olardı...( “Russkaya Starina”,1881, № 3 678-679 səhifə)
-Niyə Hacı Muradın kəlli sümüyü indiyəqədər Rusiyanın Antropologiya və Etnoqrafiya Muzeyində saxlanılır, Azərbaycanın Şəki şəhəri yaxınlığındakı məzarında dəfn edilmir.Bu məsələni həll etmək üçün nə etmək lazımdır?
- Hacı Muradın başı barədə bir neçə kəlmə. Onun spirt içində saxlanılan kəsik başı əvvəlcə Tiflisə aparıldı.Burda o bir neçə gün hərbi hospitalın morqunda nümayiş etdirildi.Sonra kəllə təhqiqat üçün doktor N.İ. Piraqova Sankt-Peterburqa göndərildi, bir neçə müddətdən sonra Hacı Muradın artıq başı deyil, kəllə sümüyü Sankt-Peterburqda adı çəkilən böyük Pyotr Muzeyinə gətirilıdi.
Onun kəllə sümüyünü bu gündə ehtiyat otaqda saxlanılır və ruhuna əziyyət çəkdirilir. Hələ üstəlik muzey kəlləni eksponatlar siyahısından çıxarıb, yəni ola bilər ki kəllə zibilliyə də atıla bilər və heç kim buna görə cavab verməz. Bu da o deməkdir ki, Muzey Hacı Muradın kəlləsinin cəsədi ilə birlikdıə dənf edilməsinə muzey maneəçilik törətmir.Muzey mədəniyyətin üzvi hissəsidir, mənəvi əxlaqın göstəricisidir.Bu əxlaq 150-dən artıq müddətdə harda gizlənmişdi. Hacı Muradın kəllə sümüyü altında? Kəllə sümüyünün yeri muzey deyil, Hacı Muradın qəbridir. O öz bədəninin yanında olmalıdır başqa heç yerdə.
İndi isə Hacı Muradın məzarı barədə. Hacı Muradın başsız bədəni döyüş gedən yerdə yerli sakinlər tərəfindən dəfn edilib, onlar o zaman qəbrin üstünü sadə yazılmış daş lövhə ilə örtmüşdülər.1958-ci ildə məzar Azərbaycan Elmlər Akademiyasının komissiyası tərəfindən tədqiq edilib və Hacı Muradın məzarı 670 nömrə adı altında qiymətli tarixi abidələr siyahısına daxil edilib.
Bütün bu illər ərzində Azərbaycanda insanlar başsız qəhrəmanın ziyarətinə gəlib ona ehtiramlarını bildirirlər. Muzeyin qaranlıq güşələrində saxlanılan kəllə sümüyü isə “əfv” olunmalı, qanuni “yaşayış yerinə” gətirilməlidir. 160 il davam edən rüsvayçılığa son vermək zamanıdır.
ABŞ-ın yeni səfiri Bakıya gəlib
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələrin dördüncü iclası keçirilib
ETX və “Fortinet” kibertəhlükəsizlik sahəsində əməkdaşlıq qurur
11 ay ərzində Azərbaycanda pul bazası 5% artıb, noyabrda 0,4% azalıb
Türk dövlətlərinin nümayəndələri Şuşada mədəni turizmin perspektivlərini müzakirə ediblər
Gəncədə xəstəxananın əsaslı təmirinə 1 milyon manata yaxın vəsait yönəldiləcək
13-cü Ümumdünya Şəhərsalma Forumu 2026-cı ildə Bakıda keçiriləcək
“Datum” “AzerGold”un 1,9 milyon manatlıq tenderinin qalibi olub
Əliyev İsmayıllıda “DOST EVİ” filialının açılışında iştirak edib
Qarğabazar kəndində 2 min nəfərin yaşaması üçün infrastruktur inşa ediləcək
HƏMAS girov götürdüyü bütün qadın və uşaqları İsrailə təhvil verdiyini iddia edir
Almaniya Ukraynaya yeni yardım paketini elan edib
İsrail və HƏMAS arasında atəşkəsin bərpasına dair danışıqlar dalana dirənib
Bakı Ali Neft Məktəbində Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi qeyd olunub
Gələn həftə Bakıda SPECA Sammiti keçiriləcək
Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək