Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikasının (MR) Arxiv İdarəsinin binası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Binanın açılış mərasimində Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov iştirak edib.
“Bu gün Azərbaycanda arxiv işinin təşkilinə xüsusi diqqət ayrılır.Həyata keçirilən tədbirlər nəticəsində ölkədə arxiv işi tamamilə formalaşdırılıb. Bu sahə üzrə maddi -texniki baza möhkəmləndirilib, zəngin arxiv fondları yaradılıb”,- deyə V.Talıbov qeyd edib.
Onun sözlərinə görə, Naxçıvanda arxiv işinin əsası 1925-ci ildə Mərkəzi Dövlət Arxivinin yaradılması ilə qoyulub. 1930-cu ildə isə Naxçıvan Arxiv İdarəsi təşkil edilib.
Ali Məclisin sədri qeyd edib ki, müstəqillik illərində “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” ölkə başçısının müvafiq fərmanına əsasən Naxçıvanda da arxiv işinin təkmilləşdirilıməsi ilə bağlı işlər görülüb. Naxçıvan Ali Məclisinin sədrinin fərmanı ilə 2002-ci il dekabrın 6-dan Naxçıvan MR Nazirlər Kabinetinin nəzdində arxiv idarəsinin bazasında Naxçıvan MR Arxiv İdarəsi yaradılıb.
Onun sözlərinə görə, bu gün Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsi öz ətrafında bir Mərkəzi Dövlət Arxivi və 7 rayon dövlət arxivini birləşdirir O qeyd edib ki, Arxiv İdarəsinin fondunda vacib tarixi sənədlər toplanıb və bu gün arxivdə 1831-2012-ci illəri əhatə edən 570 min sənəd, kinolent, fotoşəkil mühafizə olunur.
V.Talıbov bu sahədə müasir elektron informasiya sistemindən istifadə etməyin və elektron arxiv fondu yaratmağın vacibliyini qeyd edib.
Ali Məclisin sədri müasir tələblər səviyyəsində yenidən qurulan binanın istifadəyə verilməsini bu sahəyə göstərilən dövlət qayğısı kimi dəyərləndirən Ali Məclisin Sədri muxtar respublikada arxiv işinin bundan sonra daha yüksək səviyyədə qurulacağına, tariximizi özündə yaşadan arxiv sənədlərinin etibarlı şəkildə mühafizə olunacağına əminliyini bildirib
Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsi və Dövlət Arxivinin binası inzibati və sənədlərin saxlanma fondları olmaqla, iki hissədən ibarətdir. İnzibati hissə zirzəmi ilə birlikdə 5, fondlar olan hissə isə 6 mərtəbəlidir. Binanın inzibati hissəsində kitabxana və 20-dən artıq iş otağı, kino-foto sənədləri və kompyuter otaqları, mətbəx və yemək otağı, 64 yerlik iclas zalı var.Fondlarda dünyanın aparıcı ölkələrində istifadə olunan arxif avadanlıqları, eləcə də yanğını xüsusi qazla söndürməyə imkan verən müasir yanğınəleyhinə sistem quraşdırılıb.
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət