Azərbaycan cəmiyyəti beynəlxalq ictimaiyyət tərəfindən tətbiq edilən ikili standartlar siyasətindən narahatdır. Bu barədə Milli Məclisin deputatı, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti Elxan Süleymanov cümə axşamı Bakıda “Körpülərin salınması” mövzusunda beynəlxalq konfransda bəyan edib.
“Azərbaycan barəsində ikili standartlar siyasəti ölkə ictimaiyyətində narahatlıq yaradır”, - deyə E.Süleymanov bildirib.
“Dağlıq Qarabağ problemi münaqişə deyil, Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və ərazilərin işğal olunmasıdır. Ermənistan – təcavüzkardır, biz isə onun qurbanlarıyıq. Beynəlxalq təşkilatlar işğal faktını tanıyırlar, qaçqınların geri dönmələrinin vacibliyini bildirirlər, lakin təcavüz faktının aradan qaldırılması üçün heç bir addım atmırlar”, - deyə o əlavə edib.
Deputat həmçinin ATƏT-in Minsk Qrupunun fəaliyyətini tənqid edərək təşkilatın işinin “sıfıra bərabər” olduğunu qeyd edib.
“Ermənilər dünyaya öz şərtlərini qəbul etdirirlər. Yalnız Azərbaycana qarşı siyasi məhbusların mövcudluğu barədə ittihamlar irəli sürülür, baxmayaraq ki, bu anlayışın meyarları müəyyən olunmayıb”, - deyə o bildirib.
Onun sözlərinə görə, sentyabrın əvvəlində AŞPA Monitorinq komitəsinin Azərbaycana dair iclasında erməni nümayəndə heyətinin rəhbəri David Arutyunyan məruzəçiləri Emənistanın ünvanına böhtanda ittiham edib. “Arutyunyanın sözlərindən sitat gətirirəm: Biz Azərbaycan ərazisinin 20%-ni deyil 15%-ni – Dağlıq Qarabağın 7%-ni işğal etmişik. 8% isə - ətraf 7 rayondur. 1 mln. nəfər deyıl, 700-750 min azərbaycanlı qovmuşuq”, - deyə E.Süleymanov qeyd edib.
“Biz zamanlar eyni qaydada İkinci Dünya Müharibəsindən sonra bəziləri iddia edirdilər ki, Hitler 6 deyil, 4 mln. yəhidini öldürüb. Belə alınır ki, o elə də pis insan olmayıb. Arutyunyanın çıxışı zamanı mən Monitorinq komitəsinin 60 üzvünə diqqət yetirirdim. Onlar sanki “yazıq ermənilər” deyə düşünürdülər. İnsan hüquqları və ya Monitorinq komitəsinin heç bir üzvü Arutyunyanı rüsvayçı fikirlərinə görə qınamadı. AŞPA-nın Qarabağa dair Alt Komitənin rəhbərinin erməni nümayəndə heyətinin iki il ərzində Alt Komitənin heç bir iclasında iştirak etmədiyi barədə sözlərindən sonra hər kəs susdu. Sizdən soruşmaq istərdim: Bu cür ədalətsizliyin, zorakılığın qarşısında susmaq nə anlamına gəlir?”, - deyə E.Süleymanov bildirib.
2004-cü il NATO-nun Budapeştdə keçirdiyi kurslarda Azərbaycan Ordusunun zabiti R.Səfərovun erməni zabitini öldürdüyünə görə Macarıstanda ömürlük həbs cəzasına məhkum edlərək, sonradan ölkəyə ekstradisiyası və əfv edilməsi ətrafında vəziyyəti E.Süleymanov ikili standartların daha bir nümunəsi hesab edir.
“Bu məsələdə insan haqqları pozulmayıb. Çünki cinayət tərkibi, hökm və azadlıqdan məhrum edilmə mövcuddur. Ramil cinayət törədib və 8,5 il cəzasını çəkib. Beynəlxalq təşkilatların əksəriyyəti Azərbaycanı tənqid etməyə davam edir. Bununla yanaşı, atəşkəs rejimindən sonra (Azərbaycan və Ermənistan arasında 1994-cü ildən qüvvədədir) ermənilər minlərlə dinc azərbaycanlını qətlə yetirib. Lakin, heç bir beynəlxalq təşkilat bunu pisləməyib”, - deyə o bildirib.
“Azərbaycan ictimaiyyəti bu cür münasibəti anlaya bilmir. Azərbaycanla münasibətlərdə təzyiq etmək deyil, tərəfdaş olmaq lazımdır”, - deyə deputat əlavə edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət