Bakıda beynəlxalq səviyyəli idman yarışlarının, o cümlədən boks turnirlərinin tez-tez keçirilməsi Azərbaycanda idmanın sürətlə inkişaf etməsindən və bu yarışların yüksək səviyyədə təşkilindən xəbər verir. Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abıyev belə bəyan edib.
“Bakı artıq dünya boksunun “Məkkə”sinə çevrilir və bu təsadüfi deyil. Bizdə keçirilən turnirlər yüksək təşkilatçılığı və Fair Play qaydalarına ciddi şəkildə əməl edilməsi ilə seçilir”,- deyə A.Abiyev cümə günü Bakıda keçirilən “Köprpülərin salınması” adlı beynəlxalq konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Bakıda keçirilən boks üzrə dünya çempionatında ilk dəfə olaraq dünyanın 113 ölkəsindən 590 idmançı iştirak edib və bu göstərici “Ginnesin Rekordlar Kitabı”na salınıb.
“Bu böyük turnir zamanı bir dənə də etiraz qeydə alınmayıb ki, bu da turnirin yüksək səviyyədə təşkil edilməsindən xəbər verir”,- deyə o qeyd edib.
A.Abiyev azərbaycanlı idmançıların London Olimpiadasında uğurla çıxış etdiyini xatırladaraq əlavə edib ki, əldə edilən 10 medaldan ikisi boksçularımız tərəfindən qazanılıb.
“Demək olar ki, idmançılarımız da uğurlu çıxışları ilə körpülərin salınmasına öz töhfələrini verirlər”,- deyə MOK-un baş katibi qeyd edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət