Azərbaycan multimədəniyyətin inkişafında dəyərli təcrübəyə malikdir. Bu barədə ölkə Prezidenti İlham Əliyev cümə axşamı İkinci Bakı Beynəlxalq Humanitar Forumunun açılışında bəyan edib.
“Forumun keçirilməsi təsadüfi deyil. Burada əsrlər boyu xalqlar bir ailə kimi yaşayıb. Azərbaycanın multimədəniyyətin inkişafında təcrübəsi çox dəyərlidir. Çünki multimədəniyyət – bizim həyat tərzimizdir. Bəziləri bu anlayışın mövcud olmadığını hesab edirlər, lakin bu belə deyil. Onun alternativi yoxdur”, - deyə İ.Əliyev bildirib.
Onun sözlərinə görə, dünyada bəzən zor gücü ilə həll edilən qarşıdurmalar müşahidə olunur.
“Biz isə Azərbaycanda meydana gələn məsələləri sivil, mədəni üsullarla həll etməyə üstünlük veririk. Biz bütün dünya xalqlarının birlikdə olmalarına çalışmalıyıq. Milli və ya dini zəmində qarşıdurma deyil, əməkdaşlıq olsun”, - deyə İ.Əliyev vurğulayıb.
O təəssüflə bildirib ki, dünyada bəzən reallıqları, siyasi təşəbbüsləri əks etdirməyən, real iqtisadi vəziyyətə əsaslanmayan populist bəyanatlar səslənir. “Siyasətçilər məsuliyyəti anlamalıdırlar. O zaman dünyada gərginlik kəskin azalacaq”, - deyə İ.Əliyev qeyd edib.
O vurğulayıb ki, Azərbaycan gənc dövlət olmasına baxmayaraq lazımi səviyyədə qorunan çox zəngin mədəni irsə malikdir.
“Biz mədəni xüsusiyyətlərimizi qorumuşuq, milli özünü eyniləşdirməni itirməmişik. Gənclərin milli-mədəni dəyərlər üzərində tərbiyəsinə böyük əhəmiyyət veririk. Özünün din və mədəniyyətinə hörmət edən şəxs digər xalqların din və mədəniyyətlərinə hörmətlə yanaşır”, - deyə dövlət rəhbəri bildirib.
Prezidentin sözlərinə görə, Azərbaycan ən yeni texnologoyalardan istidafə edərək dünya ictimaiyyətinə fəal inteqrasiya edir. Gənclər də internetdən fəal istifadə edir.
“Azərbaycanda internet sərbəstdir, istifadəçilərin sayı 65%-ə çatıb. Azərbaycanda savadsızlıq praktiki olaraq mövcud deyil. Təhsil sahəsi çox inkişaf edib. Enerji resursları ilə zəngin ölkələr var ki, təhsil sahəsinin inkişafında mövcud problemlərlə əlaqədar sabit inkişafı təmin edə bilmirlər. Azərbaycanda isə müasir intellektual cəhətdən inkişaf edən nəsil formalaşır”, - deyə İ.Əliyev bildirib.
O, insanların yaxınlaşmasında idmanın vacibliyini qeyd edib və vurğulayıb ki, Azərbaycan idman yarışlarına məhz bu nöqteyi-nəzərdən yanaşır.
O qeyd edib ki, Azərbaycan Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatına daxil olan bəzi ölkələrdən biridir. Bu isə respublikada mədəniyyətlərin sintezindən əmələ gəlir. “Buna əsaslanaraq, Azərbaycan həm də beynəlxalq mədəniyyətlərarası dialoq rolunu oynayır”, - deyə prezident bildirib.
Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Vladimir Putinin forum iştirakçılarına ünvanladığı təbrik müraciətini oxuyub.
“Forumunun ildən-ilə sərhədləri genişlənir, Rusiya, Azərbaycan və digər ölkələrin ictimai həyatında gözə çarpan və gözlənilən hadisə olur. Əminəm ki, müzakirələrin yekunlarına görə elm, mədəniyyət, təhsil, kütləvi kommunikasiya vasitələri sahələrində müasir çağırışlara cavab verən yeni və konstruktiv ideyalar yaranacaq”, - deyə müraciətdə qeyd olunur.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət