Latviyanın eks-prezidenti Vayra Vike-Frayberqa BMT-ni ciddi şəkildə Qarabağ münaqişəsinə görə doğma yurdlarını tərk edən Azərbaycan qaçqınları v məcburi köçkünlərin hüquqlarını təmin etməyə çağırır.
“Azərbaycanda qaçqınlar doğma ocaqlarına qayıda bilmirlər. İnsanın fundamental hüquqları pozulur. BMT ciddi şəkildə bu şəxslərin hüquqlarının qorunması ilə məşğul olmalıdır”, - deyə o cümə axşamı İkinci Bakı Beynəlxalq Humanitar Forumunda bildirib.
O qeyd edib ki, əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycanda digər dinlərin də hüquqları qiymətləndirilir. “Həyatının çox hissəsini Mərakeşdə yaşayan şəxs kimi, islam mədəniyyətinin irsini çox qiymətləndirirəm. ”Bu həftə Gəncədə 870 illiyini qeyd edəcəyimiz azərbaycanlı şair Nizaminin yaradıcılığında əks olunan ümumbəşəri dəyərlər bu gün həmin dəyərlərin qorunmasında özünəməxsus məşəldir”, - deyə V.Vike-Frayberqa bildirib.
Qarabağ münaqişəsinə tonunan Estoniyanın eks-prezidenti Arnold Ruytel qeyd edib ki, beynəlxalq problemlərin həllinin ən yaxşı üsulu dialoq və qarşılıqlı hörmətdir.
“Əminəm ki, iki qonşu münaqişənin həllini tapacaqlar”, - deyə A.Ryuytel bildirib.
Onun sözlərinə görə, Bakı Beynəlxalq Humanitar Forum kimi tədbirlər ölklərin yaxınlaşmasına imkan yaradır.
Qırğızıstanın eks-prezidenti Roza Otunbayeva Azərbaycanın iqtisadi inkişafına valeh olduğunu bildirib.
“Əgər ölkədə “Beltmann” royalları istehsal edilir, modürn muzeyi tikilir, nanotexnologiyalar tətbiq edilir, təhsil və turizm inkişaf edirsə, o zaman ölkə gələcəyə ümidlə baxır”, - deyə o bildirib.
Azərbaycan neftinin SSRİ-nin faşizm üzərində qələbəsində xüsusi rolunu qeyd edərək R.Otunbayeva bildirib ki, “bizim üçün Bakı yalnız zəhmətkeş-şəhər deyil, həm də qəhrəman-şəhərdir”.
O, həmçinin Nizami Gəncəvinin 870 illiyinə həsr olunan tdbirləri xatırladıb.
“Təsəvvür edin ki, Bakıdan təxminən 400 km uzaqda 900 il öncə islam renessansının ulduzu hesab edilən şəxs yaşayıb və yaadıb. Onun yaradıcılığı əsasında sonra Qərb və Şərqdə bütöv məktəblər yaradılıb. Dante, Qete, Puşkin və bir çoxları Nizamiyə bənzəmək istəyiblər, onun motivləri əsasında işləyiblər”, - deyə R.Otunbayeva bildirib.
O, iştirakı ilə fundamenti qoyulan Nizami adına teatrın Londonda Şekspir teatrının olduğu kimi beynəlxalq teatr festivallarının mərkəzi olacağına ümid etdiyini ifadə edib.
Bolqarıstanın eks-prezidenti Peter Stoyanovun sözlərinə görə, Azərbaycan yalnız enerji resursları ilə zəngin deyil, multimədəniyyət modelini özündə təcəssüm etməkdən başqa digərləri ilə bu təcrübə ilə bölüşməyə hazır olduğunu bildirir.
“Azərbaycan iqtisadi inkişafda üstünlükləri humanitar kapitala çevrilməsini nümayiş etdirmək istəyir. Bu isə çox vacibdir”, - deyə o vurğulayıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət