Rumıniyanın Azərbaycandakı birinci səfiri Tasin Cəmil Beynəlxalq Humanitar Forumunun Bakıda keçirilməsini yüksək qiymətləndirir.
“Forumun işində iştirak edeən alimlər qloballaşma sahəsində dünya icimaiyyəti qarşısında duran problemləri birgə həll edirlər”, - deyə diplomat cümə günü multimədəniyyət problemlərin həsr edilən dəyirmi masa çərçivəsində jurnalistlərə bildirib.
Onun sözlərinə görə, multimədəniyyət dünyada sülhün qorunmasına imkan yaradır və hər bir dövlət bu istiqaməti dəstəkləməlidir.
Dağlıq Qarabağ münaqişəsini şərh edərək o qeyd edib ki, Rumıniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu məsələdə mövqeyini dəyişməyəcək.
Rusiya Dövlət Humanitar Universitetinin rektoru Yefim Pivovarov qeyd edib ki, forum zamanı Bolqarısatnın eks-prezidenti forumun formatını genişləndirməyi və ona daha yüksək status verməyi təklif edib. Bu təklif iştirakçılar tərəfindən dəstəklənib. “Prezident İlham Əliyevin çıxışında tədbirə lazımi qiymət verilib və müasir humanizmdə ən əsas problemlər aşkar edilib”, - deyə Y.Pivovarov bildirib.
“İ.Əliyev ölkədə təhsilin rolunu qeyd edib və təhsilin keyfiyyətinin artmasını həyat şəraitinin yaxşılaşması ilə əlaqələndirib”, - deyə rektor jurnalistlərə bildirib.
Y.Pivovarov qeyd edib ki, multimədəniyyətin əhəmiyyəti və onun səmərəliliyi haqqında fikirləri Prezidentdən duymaq xoşdur.
“Azərbaycan bir çox etnosların nümayndələrinin yaşayıb və çalışdıqları dövlətdir. Tarix boyu bu belə olub. Prezident İ.Əliyev dünyanı xilas edə biləcək humanitar elmin rolunu qeyd edib. Humanitar elmlərin sayı çoxaldıqca cəmiyyət daha sağlam olacaq”, - deyə o fikrini bitirib.
Dəyirmi masada çıxış edən Florensiya Universitetinin professoru Merinqolo Patrisiya qeyd edib ki, cəmiyyətdə insanlar biri-birinə, mədəniyyətlərinə, dini baxışlarına və ənənələrinə hörmətlə yanaşmalıdırlar. Bu gün dünyada insanlar arasında bir çox fərqlər mövcuddur və sülh şəraitində bir yerdə yaşamalar üçün daha dözümlü və hörmətcil olmaq lazımdır.
“Bu gün dünya dönüş nöqtəsindədir, dini və milli zəmində çoxlu sayda münaqişələr baş verir. Demokratik cəmiyyətin yaradılması və inkişafı bilavasitə mədəni müxtəlifliyə cəmiyyət üzvlərinin dözüm dərəcəsindən asılıdır”, - deyə BDU-nun professoru Kəmalə Əliyeva çıxış edib.
Onun sözlərinə görə, bu mədəni müxtəlifliyi idarə etməyi öyrənmək lazımdır. Digər mədəniyyəti anlamaq və qəbul etməmək arzusu bir çox hallarda münaqişə, hətta təcavüzə gətirir.
“Multimədəniyyət – bu və ya digər cəmiyyətin üzvləri barəsində reallaşan xüsusi siyasi proqramdır”, - deyə K.Əliyeva bildirib.
Professor həmçinin qeyd edib ki, tolerantlıq və multimədəniyyətin nümunəsi olan Azərbaycanda 15-dən artıq etnik qrup bir yerdə yaşayır və 40-dan artıq dini mərkəzlər fəaliyyət göstərir. “Münaqişəyə baxmayaraq, bu gün Azərbaycanda erməni milliyətindən olan 20 min artıq insan yaşayır”, - deyə o əlavə edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət