Azərbaycan Prezidenti İlham Əliyev cümə günü bir sıra rəsmi görüşlər keçirib. Bu barədə rəsmi mətbuat xəbər verir.
Cümə günü dövlət başçısı Çili Respublikasının Deputatlar Palatasının yoxsulluqla mübarizə, planlaşdırma və sosial inkişaf daimi komissiyasının sədri, Çili-Azərbaycan dostluq qrupunun rəhbəri Enrike Akkorsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Çili nümayəndə heyəti Beynəlxalq Humanitar Forumunun keçirilməsi ilə əlaqədar Bakıdadır.
Görüşdə İ.Əliyev Azərbaycan və Çili arasında əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib.
Dövlət başçısı parlamentlərarası əməkdaşlığın ikitərəfli münasibətlərin inkişafındakı rolunu vurğulayıb.
E.Akkorsi Azərbaycana gələn nümayəndə heyətinin tərkibində Çilinin bütün siyasi partiyalarının təmsil olunduğunu bildirib. Qonaq dünyada sülhün qorunmasında və qarşılıqlı anlaşmanın təmin olunmasında Forumun əhəmiyyətini qeyd edib.
Bundan başqa, İ.Əliyev Uruqvay Şərq Respublikası Nümayəndələr Palatasının xarici əlaqələr daimi komissiyasının sədri, Uruqvay-Azərbaycan dostluq qrupunun rəhbəri Mario Jaime Trobonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf dövrünü yaşadığını vurğulayan Prezident bu əlaqələrin daha da genişləndirilməsi üçün əlavə tədbirlər görməyin zəruriliyini bildirib.
Azərbaycan ilə Uruqvay arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığı daha da möhkəmləndirməyin vacibliyini qeyd edən dövlət başçısı münasibətlərin genişlənməsində parlamentlərarası əlaqələrin böyük əhəmiyyət kəsb etdiyini deyib.
M.J.Trobo böyük nümayəndə heyəti ilə ölkəmizə səfər etməsini Uruqvayın Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsinə olan marağının göstəricisi kimi dəyərləndirib və əlaqələrimizin müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu deyib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət