2013-cü ildə Azərbaycanda əmək pensiyalarının artırılması gözlənilir. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov çərşənbə günü jurnalistlərə bəyan edib.
“Əmək pensiyaları 2013-cü ildə artırılacaq. Bizm təhlilimiz məcburi sığortaya ayırmalar üzrə daxilolmaların artımını göstərir. Bu isə pensiyaların baza hissəsinin artırılması üçün şərait yaradır”, - deyə S.Müslümov bildirib.
Bununla yanaşı, o pensiyaların nə qədər artırılacağını dəqiqləşdirməyib.
Onun sözlərinə görə, 2013-cü ilin yanvar ayında əmək pensiyalarının baza hissəsinin indeksasiyası aparılacaq.
İndeksasiya məbləği 2012-ci ilin inflyasiyasına uyğun olacaq.
S.Müslümov vurğulayıb ki, hazırda Azərbaycanda orta pensiya məbləği təxminən 152 manat təşkil edir.
Fondun sədri əlavə edib ki, Azərbaycan 2003-2012-ci illər ərzində pensiya məbləğinin mühüm artımına nail olub. “2003-cü ilin əvvəlinə Azərbaycanda orta pensiya məbləği 20 manat təşkil edib. Bu gün bu rəqəm təxminən 152 manat təşkil edir. O cümlədən, yaşa görə pensiyanın məbləği 167 manata bərabərdir”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda 1,2 mln. pensiyaçı var.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət