SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi qaz nəqli sistemlərində qazın daxili enerjisindən istifadə etməklə elektrik enerjisi istehsal etməyə imkan verən turbodetander tətbiq edəcək. Bu barədə şirkətin rəsmi saytında məlumat verilir.
“Turbodetander qaz nəqli sistemlərində qazın daxili enerjisindən istifadə etməklə elektrik enerjisi istehsal etməyə imkan verir. Hazırda “Azəriqaz” İB-nin təklifinə əsasən “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən Birliyin “Qaradağ”, “Digah”, “Mingəçevir” və “Şirvan” Qazpaylayıcı Stansiyalarında (QPS) qazın təzyiq potensialından istifadə etməklə elektrik enerjisinin alınması üçün turbodetander qurğusunun tətbiq edilməsi məqsədilə texniki-iqtisadi əsaslandırma sənədi hazırlanıb”, - deyə məlumatda bildirilir.
Hazırda “Mingəçevir” QPS-də quraşdırılacaq turbodetander qurğusunda istehsal ediləcək elektrik enerjisinin mövcud şəbəkəyə ötürülməsi üçün texniki şərtin verilməsi məqsədilə “Azərenerji” ASC-yə müraciət olunub.
“Planlaşdırılan işlərin həyata keçirilməsi üçün aidiyyatı olan qurumlar tərəfindən torpaq sahəsinin ayrılması məsələsi də həllini tapıb. Lazımi sənədlər toplandıqdan sonra obyekt üzrə layihə-smeta sənədlərinin işlənilməsinə başlanılacaq”, - deyə məlumatda qeyd edilir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət