Pakistan prezidenti pakistanlı qıza hücumu insanlığa qarşı cinayət hesab edir.
"Ölkələrimiz qarşısında üç təhdid var: terror, yoxsulluq və savadsızlıq. Bunlar bizim qızlarımızın əsas hüquqlarına təhdiddir", - deyə Pakistan prezidenti Asif Əli Zərdari çərşənbə axşamı Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının XII Zirvə Toplantısının açılışında bəyan edib.
"Mənim qızıma sui-qəsd bütün pakistanlı uşaqlara, Pakistanın özünə sui-qəsddir. Biz qızlarımızın öldürülməsini sakit qəbul edə bilmərik, belə cinayətləri törədənləri cəzasız qoymamaq lazımdır", - deyə o bildirib.
"İnsanı qıza əl qaldırmağa nə vadar etdi? Məhz bu mentallıq bizim ümumi düşmənimizdir və biz onunla mübarizədə səyləri birləşdirməliyik", - deyə prezident qeyd edib.
Onun sözlərinə görə, terrorçulara gələcəyi təyin etməyə imkan vermək olmaz.
"Həlak olmuş Malala Pakistan üçün istənilən hərbi əməliyyatdan daha çox edib. O, bizim nailiyyətlərimizin nə qədər kövrək olduğunu göstərdi, onun yandırdığı məşəl bizim tərəfimizdən terrorla mübarizədə sonrakı nəsillərə ötürüləcək", - deyə o vurğulayıb.
Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan qeyd edib ki, terrorla mübarizə "bizim birliyimizin" simvolu olub. "Malalaya sui-qəsdə haqq qazandırıla və diqqətsiz qoyula bilməz. Çünki analoji cinayət İstanbulda da baş verib – bir bandit, vəhşi gənc, çox ümidlər verən tələbə qızı öldürüb və zorlayıb. Bu şərlə birgə, İƏT, BMT TŞ çərçivəsində mübarizə aparmaq lazımdır", - deyə o söyləyib.
"Terrorla ümumbəşəri səviyyədə mübarizə aparmaq üçün BMT Təhlükəsizlik Şurası çərçivəsində platforma yaratmaq lazımdır", - deyə baş nazir bildirib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət