Rusiyanın Xarici İşlər Nazirliyində Azərbaycan və Rusiya arasında Xəzər məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirilib. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.
Məsləhətləşmələrdə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və RF prezidentinin Rusiyanın həmsərhəd dövlətlərlə - MDB iştirakçıları ilə dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi, Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.
Görüşdə Xəzərin hüquqi statusu haqqında Konvensiya layihəsinin müddəaları, 2010-cu il noyabrın 18-də Bakıda keçirilmiş Xəzəryanı dövlət başçılarının Zirvə Görüşündə qəbul olunmuş protokolun qərarlarının yerinə yetirilməsinə dair bir sıra məsələlər müzakirə edilib, eləcə də keçiriləcək Zirvə Görüşü ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüş iştirakçıları Xəzər məsələləri üzrə məsləhətləşmələrin ikitərəfli formatda keçirilməsinin əhəmiyyətini qeyd ediblər.
Həmin gün X.Xələfov Rusiya XİN-in stats-katibi, nazir müavini Qriqori Karasinlə görüşüb. Görüşdə ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə edilib, qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət