“AtaBank” 2012-ci ilin yanvar-sentyabr aylarında müddətli depozitlər üzrə portfelini 9,6% - 178,7 mln. manata qədər artırıb. Bu barədə bankın məlumatında deyilir.
Cari ilin 9 ayı ərzində “AtaBank” fiziki şəxslərdən 118,4 mln. manat (2011-ci ilin 9 ayı ilə müqayisədə artım 16,2%), hüquqi şəxslərdən 24,4 mln. manat (artım 4,5%) məbləğində vəsait cəlb edib.
Bankın məlumatına görə, 2012-ci il oktyabrın 1-nə “AtaBank”ın Sahibkarlığa Kömək Milli Fondundan (SKMF) cəlb edilmiş vəsaitlər üzrə kredit portfeli 24,6 mln. manata çatıb.
Elektron ödənişlər sisteminin təkmilləşdirilməsi, nağdsız ödənişlərin inkişafı məqsədi ilə “AtaBank” hesabat dövründə pos-terminalların sayını əhəmiyyətli dərəcədə artırıb. "Oktyabrın əvvəlinə bank tərəfindən quraşdırılmış pos-terminalların ümumi sayı 9 351 ədəd təşkil edir, cari ilin əvvəlinə onların sayı 604 ədəd olub", - deyə məlumatda qeyd edilir.
“AtaBank” ASC 1994-cü ildə yaradılıb və “AtaHolding”in strukturuna daxildir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət