SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ), bp şirkəti və “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsi üzrə tərəfdaşlar arasında bu layihə çərçivəsində neft hasilatının idarə olunması məsələsində sıx əməkdaşlığın davam etdirilməsi razılaşdırılıb. Bu barədə “BP-Azerbaijan” şirkətinin (layihənin operatoru - İF) məlumatında deyilir.
Bu qərar SOCAR-ın prezidenti Rövnəq Abdullayevin çərşənbə günü Londonda bp şirkətinin prezidenti Robert Dadli və şirkətin hasilat və axtarış-kəşfiyyat bölümünün icraçı qrupu ilə görüşdündə Azərbaycanın və AÇG tərəfdaşlarının mənafeyi üçün qəbul edilib.
“Bu, açıq və konstruktiv görüş idi və qarşıda duran tapşırıq aydındır. bp Azərbaycana və dünyanın ən böyük neft yataqlarından biri olan AÇG kompleksinin səmərəli idarə olunmasına tam sadiqdir”, - deyə məlumatda R.Dadliyə istinadən bildirilir.
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev ötən həftə Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bəyan edib ki, bp tərəfindən buraxılan kobud səhvlər ucbatından son illər ərzində “Azəri-Çıraq-Günəşli” yataqlarında neft hasilatı kəskin şəkildə aşağı düşüb.
Onun sözlərinə görə, AÇG-dən neft hasilatı ilə məşğul olan ABƏŞ konsorsiumu böyük səhvlərə yol verib. Nəticədə son illər AÇG blokundan neft hasilatı kəskin azalmağa başlayıb. Dövlət başçısı qeyd edib ki, SOCAR-a bu məsələnin rəsmi qaydada qaldırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıq verilib.
“Azəri-Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin il dekabrın 12-də qüvvəyə minib. Layihənin iştirakçıları: BP (35,78%, Chevron (11,27%), Inpex (10,96%), ITOCHU Oil (4,3%), ExxonMobil (8%), Hess (2,72%), SOCAR (11,65%), Norveçin Statoil (8,56%), Türkiyənin TPAO (6,75%) şirkətləridir.
“Çıraq” yatağından neft hasilatına 1997-ci ilin noyabrından, “Azəri” yatağının mərkəzi hissəsindən 2005-ci il fevralın 13-dən, “Azəri” yatağının qərb hissəsindən 2005-ci il dekabrın 30-dan, “Azəri” yatağının şərq hissəsindən 2006-cı il oktyabrın 21-dən, “Günəşli” yatağının dərinsulu hissəsindən isə 2008-ci il aprelin əvvəllərindən neft hasilatına başlanılıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət