“Paşa Sığorta” şirkəti 2012-ci ilin yanvar-senbtyabr aylarında Azərbaycanda fəaliyyətdə olan sığorta şirkətləri arasında sığorta yığımı üzrə lider olub.Bu barədə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin saytında yerləşdirilmiş məlumatda bildirilir.
Xidmətin məlumatına əsasən, 2012-ci ilin yanvar- sentyabr aylarında “Paşa Sığorta” şirkətinin əldə etdiyi sığorta haqları 36 mln. 206,643 min manat və ya hesabat dövründə bütün sığortaçıların əldə etdiyi sığorta haqlarının 14,1%-i qədər təşkil edib.
Hesabat dövründə əldə edilən sığorta haqlarının həcminə görə, 10 aparıcı sığorta şirkətinin sırasına “AzSığorta” (29 mln. 941,015 min manat), “Atəşgah”(26 mln. 721,596 min manat), “Azərsığorta”(23 mln. 658,149 min manat), ”Atəşgah Həyat”( 13 mln. 727,888 min manat), “Standard Insurance" (16 mln. 441,121 min manat), "AXA Mbask" (13 mln. 634,932 min manat), “Paşa Həyat Sıgorta”(11 mln.148,032 min manat), "Beynəlxalq Sığorta Şirkəti”(11 mln. 222,829 min.) və "Xalq Sıgorta" (9 mln. 829,428 min manat)daxil edilib.
Bütövlükdə, 2012-ci ilin yanvar- avqust ayları ərzində bazarda fəaliyyətdə olan 28 sığorta şirkəti sığorta haqqı əldə edə bilib. Bununla yanaşı, 1 mln. manatdan artıq məbləğdə sığorta haqqını 24 şirkət toplayıb.
Hesabat dövründə sığorta şirkətləri arasında ən çox ödənişi də “Paşa Sığorta” şirkəti həayata keçirib. Şirkətin ödənişləri 16 mln.571,097min manat və ya sığortaçıların bütün ödənişlərinin 24,5%-i qədər təşkil edib
Sığorta ödənişlərinin həcminə görə 10 aparıcı şirkət sırasına “Azərsığorta”( 8 mln. 567,555 min manat), “Atəşgah”( 6 mln. 325,305 min), “Beynəlxalq Sığorta Şirkəti”( 5 mln.61,877 min) “AXA Mbask” (4 mln.157,373 min), “A-Qroup” (4 mln. 52,668 min) “Standard Insurance” (3 mln. 330,951 min.), “AzSığorta”(2 mln. 250,461 min manat) və “Ata Sığorta”(1 mln.983,087 min manat) sığorta şirkətləri daxildir.
Xidmətin məlumatına əsasən, 2012-ci ilin yanvar- sentyabr aylarında 27 sığorta şirkəti sığorta ödənişi edib.
Hesabat dövründə sığortaçıların ümumi sığorta haqları 256 mln.325,890 min manat, ödənişləri 67 mln. 649,494 min manat təşkil edib.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə ölkəmizdə ilk “Customer Tech Conference” keçirildi
Bank Respublika qan donorluğunda fəal iştirakına görə mükafatlandırılıb
Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət