Erməni hakerlərindən ibarət qrup Ermənistanın tarixi və toponimikasını tədqiq edən www.nofalsify.com saytını dağıdıblar.
Nəticədə saytın məzmunu itib, dağıdılması barədə məlumat və hər səhifənin aşağı hissəsində senzura tələblərinə zidd sözlər yerləşdirilib. Saytda “youtube” portalından götürülən “ASALA” erməni təşkilatı haqqında çarx yerləşdirilib. “ASALA” ABŞ və digər Qərb ölkələrində terror təşkilatı kimi tanınır. Bu təşkilat Ermənistanın tarixi ilə məşğul olan türk diplomatları və alimlərinə qarşı terror aktları törətməklə tanınır.
Bu sayt həmçinin Ermənistanın tarixi və toponimikasının tədqiqatlarına həsr edilib. www.nofalsify.com saytı tədqiqatçı Fuad Axundovun kitabı əsasında yaradılıb və ABŞ, Fransa, Almaniya, Avstriya, Böyük Britaniya, Hollandiya, Belçika, İsveçrə, İsrail, Türkiyə, Rusiya, Gürcüstanın nüfuzlu nümayəndələrinin rəy və faktlarının birgə toplandığı böyük məlumat bazasına malikdir. Bunlar məşhur yazıçılar, alimlər, din, ictimai xadimlər, hərbi qulluqçulardır. Kitabın xüsusi fəsli Ermənistan və erməni əsilli qərb alimlərinin tədqiqatlarına həsr edilib.
Hakerlər o cümlədən İnternetdə (http://www.zone-h.org/mirror/id/18479313) saytın dağıdılması barədə etiraf yerləşdirərək “nailiyyət”ləri ilə məşhur haker resursunda öyünüblər.
“Belə bir misal var – qələm kəsəni qılınc da kəsə bilməz. Hakerlərin bu hərəkəti kitabımı məhv edə bilməz. O, Ermənistan tarixinin tədqiqatçılarına daim xidmət edəcək. Saytın dağıdılması erməni tərəfinin çox sayda saxtakarlıq faktları haqqında bizimlə diskussiya etməyin acizliyinin əlamətidir. Həmin faktlar www.nofalsify.com saytında da “Saxtakarlıqları ifşa edənlər” kitabının birinci cildində toplanıb”, - deyə kitabın müəllifi Fuad Axundov bildirib.
“Belə görünür ki, Ermənistan tərəfi bizdən deyil, erməni saxtakarlıqlarını ifşa edən yüzlərlə xarici, o cümlədən erməni müəllif, alim və tədqiqatçılardan “qisas alır”. Kitabda şəxsi rəy və ya mövqeyim əks etdirilmir. Burada müxtəlif ölkə və xalqların məşhur alimlərinin sitat və fikirləri toplanıb. Erməni tərəfi www.nofalsify.com saytını dağıdaraq dünya elm ictimaiyyətinə qarşı hörmətsizlik nümayiş etdirib.
“Bu yaxınlarda kitabın ikinci cildi işıq üzü görəcək. Burada Ermənistan tarixinin bir çox saxtakarlıqlarını ifşa edən erməni müəllif və alimlərinin daha çox sayda faktları toplanacaq”, - deyə F.Axundov qeyd dib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət