Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi “SAP Quality Award 2012 for CİS” Qızıl Mükafatına layiq görülüb. Bu barədə nazirlikdən məlumat verilib.
“SAP Quality Award 2012 for CİS” (Gold Winner) Qızıl Mükafatı “Xəzinədarlığın İnformasiya İdarəedilməsi Sistemi” (XİİS) layihəsi çərçivəsində Almaniyanın SAP AG şirkəti tərəfindən təsis edilib.
Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində biznes proseslərinin idarə olunmasında mütərəqqi proqram təminatı hesab edilən SAP ERP həlli əsasında “Xəzinədarlığın İnformasiya İdarəedilməsi Sistemi” tətbiq olunub.
Qiymətləndirmənin kriteriyaralarına SAP-ın keyfiyyət prinsipinə əməl olunması parametri, effektivlik, həmçinin layihələrin unikal xüsusiyyətləri nəzərə alınmaqla tətbiqin rentabelliyi və məcmu dəyəri kimi əsas göstəricilər daxil olunur.
Dövlət Xəzinədarlığında tətbiq edilən İnformasiya Sistemi büdcə xərclərinin icra mexanizminin təkmilləşdirilməsi, dövlət büdcəsinə daxil olan vəsaitlərin avtomatik uçotunun qurulması, onların daha səmərəli istifadə edilməsi, bu sahədə şəffaflığın artırılması, risklərin minimallaşdırılması və pul vəsaitlərinin çevik idarə olunması, məlumatların daha operativ emal edilməsinə yönəlib.
Hazırda SAP AG şirkəti 120 ölkədə 82 mindən çox müştəriyə xidmət göstərir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət