Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov hesab edir ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərini Dağlıq Qarabağ münaqişəsinin həllində işğalçı dövlət olan Ermənistana qarşı təsir mexanizmlərindən istifadə etmir.
“20 il ərzində Cənubi Qafqazda bir neçə sarsıdıcı hadisələr baş verib. Nəticədə, region mükəmməl və müstəqil ola bilməyib. Cənubi Qafqaz yalnız coğrafi olaraq müəyyən edilir, çünki daxili inteqrasiya əhatəli olmayıb. Bu müddət ərzində region ölkələri öz inkişaf yollarını seçiblər. Cənubi Qafqaz dövlətlərinin hər biri daxili məsələri həll edərək öz bildiyi kimi xarici siyasətinmi formalaşdırır”, - deyə F.Məmmədov “Regionda sülh və təhlükəsizliyin təminatında Azərbaycan-ABŞ əməkdaşlığının rolu” mövzusunda konfransda çıxışında bildirib.
Onun sözlərinə görə, Azərbaycan milli maraqlarına uyğun olaraq bir neçə aktual istiqamətdə ABŞ-ın tərəfdaşıdır. Ölkəmiz antiterror koalisiyada fəal tərəfdaşdır. “Terrorizm Azrbaycanın milli təhlükəsizliyinə təhdiddir. Biz Ermənistan tərəfindən terror aktlarına məruz qalmışıq və bu məsələnin mahiyyəti ilə tanışıq”, - deyə o bildirib.
“Azərbaycan ABŞ, İsrail, Gürcüstan, Türkiyə, İtaliya və s. yaxın tərəfdaşların enerji təhlükəsizliyini təmin edir. Ölkəmiz Cənub enerji dəhlizin formalaşmasında fəal rol oynamağa çalışır. Azərbaycan ABŞ-ın tərəfdaşları olan müsəlman ölkələri üçün efektiv dövlət nümunəsi ola bilər”, - deyə SAM direktoru qeyd edib.
O həmçinin vurğulayıb ki, Azərbaycan dünyanın güclü və nüfuzlu dövlətləri olan ABŞ, Rusiya və Fransanın BMT-nin Təhlükəsizlik Şurasında daimi üzvlüyünü nəzərə alaraq, onların ATƏT-in Minsk Qrupunda həmsədrliyinə öz razılığını verib.
“Azərbaycan hələ də ümid edir ki, hər üç həmsədr dövlət BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnamələrinə əsasən çıxardıqları qərarlara hörmətlə yanaşacaqlar (Ermənistanın işğöal olunan əraziləri azad etmək üzrə - İF-Az). Hər üç ölkənin işğalçı dövlətə təzyiq imkanları olsa da, təəssüf ki, heç biri mövcud təsir mexanizmlərindən istifadə etmir”, - deyə o bəyan edib.
“Bəzən təəssürat yaranır ki, Ermənistanın ifratçı mövqeyi töhmət edilmir. Eyni zamanda Azərbaycanın güzəştli mövqeyi ifratçı qismində təqdim edilir və bizdən əlavə güzəştlər tələb olunur”, - deyə F.Məmmədov bildirib.
Onun sözlərinə görə, narahatlıq doğuran məsələlərdən biri regional təhlükəsizlik və ABŞ-ın Cənubi Qafqaz siyasətinin Birləşmiş Ştatlardakı bəzi kiçik qrupların təsirindən asılı olmasıdır. “Bu qruplar ABŞ-ın regionda məqsədyönlü və səmərəli xarici siyasət yürütməsini risk altında qoymaqdadırlar”, - deyə o əlavə edib.
“Bu cür çətin münaqişə içərisində olduğumuz iyirmi il ərzində biz bütün regional layihələri reallaşdırdıq və regionun yeni iqtisadi inkişaf memarlıq üslubunu formalaşdırmaqda davam edirik”, - deyə SAM direktoru bildirib.
“ABŞ tərəfindən təşəbbüs göstərilən və dəstəklənən Ermənistan-Tükiyə arasında münasibətlərin normallaşması gələcəyi olmayan və səhv siyasətin nümunəsdir. Ermənistada təsiri gücləndirmək cəhdi iflasa uğramaqla və Azərbaycanın ictimai rəyində ABŞ-ın müsbət imicinin tam itirilməsi imkanı ilə nəticələnib”, - deyə F.Məmmədov bəyan edib.
SAM direktoru o cümlədən qeyd edib ki, hər bir halda münaqişənin həll edilməsi regionda ABŞ-ın maraqlarına təhdid deyil. Əksinə, bu təhlükəsiz və uğurla inkişaf edən regionun formalaşması üçün şərait yaradacaq. Burada bütün ölkələrin ABŞ ilə tərəfdaş münasibətləri olacaq.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət