Keçən həftə Azərbaycanda baş vermiş 52 yol nəqliyyat hadisəsində 26 nəfər ölüb, 74 nəfər yaralanıb. Bu barədə “İnterfaks -Azərbaycan” agentliyinə DİN Baş Dövlət Polis İdarəsindən məlumat verilib
Ən ağır qəza Salyan rayonunda baş verib.Burda “VAZ 2107” markalı minik maşını sərnişin mikroavtobusu ilə toqquşub.Nəticədə bir nəfər ölüb, 10 nəfər yaralanıb.
Qəbələ rayonunda “VAZ 2106” və VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.Zaqatala rayonunda “Vaz 2107 və “Niva” maşınlarının toqquşması bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnib.
Qobustan rayonunda “Mersedes”in beton hasara çırpılması ağır nəticə verib-bir nəfər yaralanıb.
Neftçala rayonunda “UAZ” markalı avtomobil motoskletlə toqquşub. Bir nəfər ölüb, bir nəfər yaralanıb.
İmişli rayonunda “ Mersedes”in aşması nəticəsində üç nəfər yaralanıb.
Hacıqabul rayonunda “Mersedes” rayon sakinini və onun nəvəsini vurub.Nəticədə kişi həyatını itirib, 2008-ci ildə anadan olmuş uşaq xəstəxanaya çatdırılıb.Həmin rayonda “VAZ 2107” və “Mersedes” markalı mikroavtobusun toqquşması nəticəsində bir nəfər həlak olub.
Tovuz rayonunda “Nissan” və “Mersedes” markalı avtobusun toqquşması bir nəfərin ölümünə səbəb olub. Şəki rayonunda “VAZ 2106” və “VAZ2101” markalı avtomobillərin toqquması nəticəsində bir nəfər həlak olub.
Bakının Nərimanov rayonunda “Mersedes” markalı iki avtomobil toqquşduqdan sonra onlardan biri iki paytaxt sakinini vurub. Qəza nəticəsində icərilərində 2009-cu il təvəllüdlü uşaq da olmaqla dörd nəfər yaralanıb.
Qaradağ rayonunda “KAMAZ” markalı iki yük maşınının toqquşması nəticəsində bir nəfər yaralanıb.Elə bu rayonda “Nissan” markalı maşının aşması nəticəsində bir nəfər ölüb.Bu rayonda “VAZ 21074” və “Nova” markalı maşınların toqquşması bir nəfərin ölümü bir nəfərin yaralanması ilə nəticələnib.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət