Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ - Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsi üzrə operator) səhmdarları noyabrın sonuna qədər 2013-cü ilə “AÇQ” layihəsi üzrə işçi proqramını təsdiq edəcəklər. Bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev çərşənbə günü jurnalistlərə bəyan edib.
“AÇQ” layihəsi üzrə texniki altkomitə 2013-cü ilə işçi proqramı hazırlayır. Yəqin ki, noyabrın sonuna qədər biz həmin proqramı təsdiq edəcəyik və artıq 2013-cü ildə ölkə rəhbərliyi tərəfindən qarşımızda qoyulan vəzifələri həyata keçirəcəyik”, - deyə R.Abdullayev bildirib.
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev oktyabrın 10-da Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bəyan edib ki, bp tərəfindən buraxılan kobud səhvlər ucbatından son illər ərzində “Azəri-Çıraq-Günəşli” yataqlarında neft hasilatı kəskin şəkildə aşağı düşüb. Onun sözlərinə görə, AÇG-dən neft hasilatı ilə məşğul olan ABƏŞ konsorsiumu böyük səhvlərə yol verib. Nəticədə son illər AÇG blokundan neft hasilatı kəskin azalmağa başlayıb.
Bununla yanaşı Prezident qeyd edib ki, bu cür azalma “AÇG” blokunda neft hasilatının biz pik səviyyəsinə çatdığı və ondan sonra təbii tənəzzül prosesləri ilə əlaqədar deyil. “Söhbət ondan gedir ki, verilən proqnozlar yerinə yetirilmir”, - deyə İ.Əliyev əlavə edib Eyni zamanda o bildirib ki, 2009-2012-ci illərdə hasilata dair proqnozlar yerinə yetirilmədiyindən Azərbaycanın bilavasitə əldə edilməmiş gəliri $8,1 mlrd. təşkil edib .
Öncə SOCAR şirkətinin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) prezidenti Rövnəq Abdullayevə istinadən məlumat verilib ki, SOCAR şirkəti və “BP” “Azəri-Çıraq-Günəşli” blokundan uzunmüddətli hasilat proqramı hazırlayır. Proqrama əsasən, illik neft hasilatı 33-34 mln. ton səviyyəsində nəzərdə tutulur. Həmçinin, 2014-2024-cü illəri əhatə edən və bu blokdan 2020-ci ilə qədər 33-34 mln. ton səviyyəsində neft çıxarılmasını nəzərdə tutan proqram da hazırlanacaq
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin il dekabrın 12-də qüvvəyə minib. Hazırda layihənin iştirakçıları: “BP” (Böyük Britaniya - 34,1367% - operator), Amerikanın “Chevron” (10,2814%), “ExxonMobil” (8,0006%), “Devon Energy” (5,6262%) və “Amerada Hess” (2,7213%) şirkətləri, ARDNŞ (10%), Yaponiyanın “Inрex Corр.” (10%) və “ITOCHU Oil” (3,9205%) “Statoil” ( Norveç 8,5633%) və “TPAO” (Türkiyə 6,75%) şirkətlərdir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət