Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Azərbaycanın iş adamlarını RF-nin bu regionuna sərmayə yatırmağa çağırıb.
“Çeçenistan inkişaf yoluna qədəm qoyub. Respublikada yaxşı investisiya mühiti formalaşır. Azərbaycanın iş adamları Çeçenistan iqtisadiyyatına sərmayə yatıra bilər və bu hər iki tərəfin xeyrinə olacaq”, - deyə R.Kadırov cümə axşamı Bakıda Milli Məclisin sədri Oqtay Əsədovla görüşdə bildirib. Bu barədə rəsmi KİV xəbər verir.
O vurğulayıb ki, Bakının siması günbəgün dəyişir, bu isə ölkənin iqtisadi inkişafının göstəricisidir.
O.Əsədov qeyd edib ki, Azərbaycan və çeçen xalqları arasındakı dostluq münasibətlərinin qədim tarixi var. “Respublikalarımız arasında geniş əlaqələr mövcuddur. İnanırıq ki, sizin bu səfəriniz əlaqələrimizin daha da genişlənməsinə və yeni müstəvidə inkişaf etməsinə təkan verəcək”, - deyə Milli Məclisin sədri söyləyib.
O, Azərbaycan ilə Çeçenistan arasında, siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə toxunan O.Əsədov deyib ki, bu münaqişə və Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı ölkənin və bütün regionun daha sürətli inkişafına maneə yaradır.
“Azərbaycan xalqı və dövləti bu problemin dövlətlərin ərazi bütövlüyü və beynəlxalq hüququn norma və prinsipləri əsasında, sülh yolu ilə həllinə tərəfdardır”, - deyə o vurğulayıb.
O.Əsədov bu münaqişə ilə bağlı nümayiş etdirdiyi mövqeyə və Azərbaycanın ərazi bütövlüyünü müdafiə etdiyinə görə Çeçenistan tərəfinə minnətdarlıq edib.
Görüşdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, Azərbaycanın və Çeçenistanın regionları arasında münasibətlərin genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət