Beynəlxalq Valyuta Fondu 2012-ci ilin yekununa əsasən, Azərbaycanda ÜDN artımını 2,1%, 2013-cü ildə 3,8% səviyyəsində proqnozlaşdırır. Bu barədə fondun saytında yerləşdirilmiş məlumatda bildirilir.
Xəbər verildiyi kimi, BVF 2012-ci ildə Azərbaycanda ÜDM artımını 3,9%, 2013-cü il üçün isə 2,7% səviyyəsində proqnozlaşdırıb.
Məlumata əsasən, bu il Azərbaycanda neft ÜDM-nin azalması 7%, gələn il 1,9% təşkil edəcək. Bununla yanaşı, qeyri- neft sektorunda 2012-ci ilin yekununa əsasən, artım 10%, 2013-cü ildə 8% səviyyəsində gözlənilir.
Azərbaycanın ÜDM-nin nominal həcmi 2012-ci ilin yekunlarına əsasən, fond tərfindən 52 mlrd. 3047 mln. manat, 2013-cü ildə 57 mlrd. 262 mln. manat səviyyəsində proqnozlaşdırılır. Fondun proqnozlarına əsasən, Azərbaycanda inflyasiya bu il 3%, gələn il 6% səviiyəsində olacaq.
Azərbaycanın ödəniş balansının profisiti 2012-ci ildə ÜDM-nin 20,5%-i, 2013-cü ildə ÜDM-nin 13,9%-i səviyyəsində proqnozlaşdırılır.
Xəbər verildiyi kimi, Azərbaycan Hökuməti 2012-ci ildə ÜDM artımını 2,2 %, 2013-cü ildə 5,3%, inflyasiyanı müvafiq olaraq 4,7 % və 5,7 % səviyyəsində proqnozlaşdırır.
Dünya Bankı 2012-ci ildə Azərbaycanda ÜDM artımını 3,1%, 2013-cü ildə 3% səviyyəsində proqnozlaşdırır.
Asiya İnkişaf Bankının proqnozuna əsasən, ÜDM 2012-ci ildə 3%, 2013- cü ildə 3,5%, inflaysiya müvafiq olaraq 6,5% və 6% təşkil edəcək.
AYİB –in proqnozuna əsasən, 2012-ci ildə Azərbaycanda ÜDM 2%, 2013-c üildə 2,5% səviyyəsində olacaq.
2011-ci ildə Azərbaycanda ÜDM 0,1% artıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət