Avropa Birliyinin (AB) enerji komissarı Günter Ottinger bu həftə Azərbaycan parlamenti tərəfindən Trans-Anadolu qaz kəməri (Trans-Anadolu Pipeline, TANAP) layihəsinin həyata keçirilməsi üçün sənədlər paketinin ratifikasiya edilməsini alqışlayıb.
“TANAP layihəsi ilə bağlı sazişin ratifikasiya edilməsinə dair qərar Azərbaycanın öz qazını Avropaya çıxarmaq istiqamətində qətiyyətli olduğunu nümayiş etdirir”, - deyə AB-nin Azərbaycandakı nümayəndəliyinin mətbuat xidmətindən G.Ottingerə istinadən bildirilir.
“Azərbaycanı, xüsusən də SOCAR-ı AB-nin enerji bazarında alqışlamaq xoşdur”, - deyə o vurğulayıb.
Xəbər verildiyi kimi, 2012-ci il iyunun 26-da İstanbulda Trans-Anadolu qaz kəmərinin tikintisi layihəsi ilə bağlı sənədlər paketi imzalanıb.
Qaz kəmərinin tikintisi $7 mlrd. məbləğində qiymətləndirilir.
“Trans Anadolu Pipeline” qaz kəməri Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub. Azərbaycan qazının Türkiyə ərazisi ilə tranziti üçün yeni qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 mlrd. kubmetr təşkil edəcək: 10 mlrd. kubmetr Avropa və 6 mlrd. kubmetr Türkiyənin qərb regionları üçün.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət