Hesablama Palatası bir sıra yoxlamaların proqramını təsdiq edib. Bu barədə Palatanın məlumatında deyilir.
Hesablama Palatası Xəzər rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə, İsmayıllı və Neftçala rayonları üzrə yerli İcra Hakimiyyəti orqanları tərəfindən dövlət mülkiyyətində olan torpaqların istifadə vəziyyətinə dair Audit proqramlarını təsdiq edib.
Bundan başqa, Naxçıvan Muxtar Respublikasının büdcəsindən Naxçıvan Tibb Kollecinin saxlanılmasına ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair Audit proqramı təsdiq edilib.
Hesablama Palatası həmçinin Azərbaycan Dövlət Aqrar Universitetində, Qaradağ, Şabran, Siyəzən və Şəmkir rayonlarının İcra hakimiyyətlərində və “Azərelektrikşəbəkətikinti” ASC-də aparılmış yoxlamaların nəticələrini təsdiq edib. Yoxlamaların yekunlarına dair materiallar Milli Məclisə təqdim olunacaq.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət