Azərbaycan və Polşa hökumətləri iki ölkənin iş adamları arasında əməkdaşlığın dərinləşməsi üçün yollar tapmalıdır. Bu barədə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Varşavada jurnalistlərə bəyan edib.
“Azərbaycan və Polşa arasında ticarət dövriyyəsi təxminən $130 mln. təşkil edir. Gəlin açıq danışaq, Azərbaycandan Polşaya $3 mln. məbləğdə ixrac nədir ki? Mən bunu hətta ixrac hesab etmirəm. Demək, problemlər var və ya bizim hüquqi bazamız cəlbedici deyil”, - deyə N.Əliyev bildirib.
Onun sözlərinə görə, çərşənbə axşamı Varşavada keçiriləcək ticari-iqtisadi əməkdaşlığa dair Azərbaycan-Polşa hökumətlərarası komissiyanın iclası çərçivəsində biznes forumda başlanan müzakirələr davam etdiriləcək. “Səmərəli əlaqələr yaratmaq lazımdır. Daha sonra onları möhkəmləndirmək və dərinləşdirmək olar. Biz hazırda yalnız çoxtərəfli əlaqələr mərhələsindəyik. Səhiyyə və tikinti sahəsində layihələrdən daışmaq olar, lakin bu kifayət deyil. İş adamları arasında əməkdaşlığın dərinləşməsi üçün yollar axtarmalıyıq, maneələri aradan qaldırmalıyıq, tələblərə vaxtında reaksiya verməliyik”, - deyə o qeyd edib.
N.Əliyev əlavə edib ki, Azərbaycanın nümayəndə heyəti həmçinin Polşanın sənaye potensialı ilə tanış olub.
Polşanın iqtisadiyyat nazirinin müavini Anjey Dıxan öz növbəsində jurnalistlərə məlumat verib ki, qarşılıqlı investisiya və ticarət dövriyyəsinin artırılması üçün bir çox şeylər etmək lazım olacaq. “İllik ticarət dövriyyəsi $130 mln. təşkil edir, cari ilin dinamikası artan tendensiyadan xəbər verir. Ölkələrimiz arasında ticarət həcmi tarazlaşdırılmayıb, Polşadan ixrac üstünlük təşkil edir”, - deyə o qeyd edib.
A.Dıxan hesab edir ki, ÜTT-yə daxil olma Azərbaycan üçün bir addım önə olacaq. “Bu ticarət məkanının sabitləşməsinə şans verəcək və qarşlıqlı investisiyalar üçün zəmanət yaradacaq. Polşa 1995-ci ildə ÜTT-yə daxil olub. Bu addım və liberal islahatlar ölkəyə çox sayda xarici investorlar cəlb etməyə imkan yaradıb. Azərbaycanın ÜTT-yə daxil olması ikitərəfli münasibətlərimiz üçün böyük məna kəsb edəcək”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, Polşa Azərbaycana həmçinin hüquqi bazanın təkmilləşdirilməsində kömək edə bilər. “Polşa Azərbaycanda kənd təsərrüfatı sahəsində qanunvericiliyin harmonizasiyası proqramını, onu dünya standartlarına çatdırılmasını maliyyələşdirib”, - deyə o əlavə edib.
A.Dıxan Azərbaycan və Polşanın iş adamları arasında görüşlərin keçirilməsi üçün şəraitin yaradılmasının vacibliyini qeyd edib.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət