Polşa İnvestisiyaların Təşviqi Agentliyi( PİTA) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) iki ölkənin iş adamları arasında əlaqələrin genişlənməsi işlərini aktivləşdirir. PİTA nümayəndəsi
Marçin Bulinski Varşavada azərbaycanlı jurnalistlər qrupuna belə söyləyib.
“Çərşənbə axşamı Varşavada keçirilən İqtisadi əməkdaşlıq üzrə Azərbaycan – Polşa hökumətlərarası komissiyasının iclasının yekununa əsasən, iki tərəfli əlaqələrin inkişafında ASK və qida sənayesi sahələri prioritet istiqamət olaraq müəyyən edilib”,- deyə “İnterfaks- Azərbaycan” agentliyinin müxbiri Varşavadan M.Bulinskiyə istinadən xəbər verir.
Onun sözlərinə görə, $130 mln. təşkil edən qarşlıqlı mal dövriyyəsi ikitərəfli potensialı əks etdirmir. “Azərbaycanın Polşaya ixracatı artırmaq üçün böyük potensialı var.Bunda həm azərbaycanlı, həm də polşalı iş adamları maraqlıdır, əsasən də ASK məhsullarının ixracı səmərəli ola bilər. Orta Avropanın ən böyük bazarı Polşadadır. Buna görə də biz Azərbaycanda etibarlı tərəfdaşlar axtaracağıq”,- deyə o qeyd edib
M.Bulinski hesab edir ki, kimya sənayesi ikitərəfli əməkdaşlığın daha bir istiqaməti ola bilər.
“Bizdə ağır kimya sənayesi güclü inkişaf edib, texnologiyalarımız var. Qərbi Avropada istehsal edilən analoji məhsullarla müqayisədə bizdə keyfiyyət yüksək, qiymətlər isə aşağı səviyyədədir.Azərbaycan iri neft kimya kompleksi yaratmaq niyyətindədir. Bu işdə bizim texnologiyalarımıəz faydalı ola bilər”,- deyə o qeyd edib.
O əlavə edib ki, Azərbaycan texnoparkların yaradılması sahəsində Polşanın təcrübəsini öyrənmək istəyir. “Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin nümayəndə heyəti burda olub.Onlar bizim kimya texnoparkımızla maraqlandılar.Polşa bu məsələdə də etibarlı tərəfdaş ola bilər”,- deyə o vurğulayıb.
M.Bulinskinin dediyinə görə, Polşa Azərbaycanın enerji resurslarının tədarükündə maraqlıdır. “Polşa100% Rusiyadan nəql edilən qazdan asılıdır və biz bu asılılıqdan azad olmaq istərdik. Azərbaycandan enerji resurslarının nəqli üçün “Sarmatiya” (Ukrayna- Polşa neft kəməri) və “Nabucco” (qaz kəməri) layihələri üzərində iş gedir.Bu sektor da bizim üçün son dərəcə maraqlıdır”,- deyə PİTA nümayəndəsi bildirib.
O əlavə edib ki, hazırda nə Polşanın, nə də Azərbaycanın hər hansı əhəmiyyətli qarşılıqlı investisiyaları yoxdur.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət