Bakı və Riqa ticari-iqtisadi əlaqələrin genişlənməsi üçün səy göstərməlidirlər.Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev çərşənbə günü Bakıda keçirilən Azərbaycan- Latviya biznes-forumunda çıxışı zamanı belə söyləyib.
“2011-ci ildə Azərbaycan və Latviya arasında mal dövriyyəsi 2010-cu ilə nisbətən 2,5 dəfə artıb, lakin 2012-ci ilin 9 ayının yekununa əsasən, bir qədər azalma müşahidə olunub.Buna görə, biz ticari əlaqələrin möhkəmlənməsi üçün səylərimizi əsirgəməməliyik”,- deyə nazir qeyd edib.
O deyib ki, iki ölkə arasında siyasi vəziyyət yüksək səviyyədədir.İqtisadi əməkdaşlıq sahəsində möhkəm hüquq -müqavilə bazası yaradılıb, 30 sənəd imzalanıb.
“Azərbaycanda xidmət, sənaye, ticarət, bank və sığorta sahələri ilə məşğul olan 17 Latviya şirkəti fəaliyyət göstərir. Bu biznes- forum yeni əməkdaşlıq imkanları yaradacaq, ikitərəfli ticari əlaqələrin genişlənməsinə, işgüzar təşəbbüslərə stimul verəcək”,- deyə Ş.Mustafayev qeyd edib.
Latviya şirkətlərini Azərbaycanda fəaliyyətlərini aktivləşdirməyə çağıran nazir qeyd edib ki, “ölkədə bunun üçün hər cür şərait və əlverişli investisiya mühiti mövcuddur”
Latviyanın baç naziri Valdis Dombrovskis öz çıxışında qeyd edib ki, Latviya şirkətləri Azərbaycanla kimya, metal emalı, maşınqayırma, ağac emalı, səhiyyə, İKT, nəqliyyat, logistika, yaşıl energetika və s. sahələrdə əməkdaşlığın genişlənməsində maraqlıdırlar
“Bundan əlavə, Biz Azərbaycanla investisiya sahəsində əməkdaşlığa da maraq göstəririk.Hazırda Latviyada Azərbaycan kapitalı ilə 64 şirkət fəaliyyət göstərir, biz ümid edirik ki, onların sayı daha da çoxalacaq”,- deyə latviyanın baş naziri vurğulayıb.
O jurnalistlərlə söhbətdə qeyd edib ki, iki ölkə arasında müxtəlif sahələrdə ticarət , xüsusən neft məhsulları ticarəti sürətlə inkişaf edir.
“Həmçinin, Latviya tərəfdən ərzaq məhsullarının tədarük həcmi artırılır. İnvestisiyalar üçün potensial sahələrə gəılincə, əsasən tranzit, logistika və enerji sahələrini qeyd etmək olar. Lakin bizim potensial olaraq gördüyümümz bir sıra sahələr də var – turizm, o cümlədən tibbi turizmi qeyd etmək olar.Eləcə də "Made in EU" brendini almaq, istehsalı Latviyada kompleksləşdirmək imkanlarını nəzərdən keçirmək olar. Bu məhsulu əlavə gömrük rüsumu ödəmədən bütün Avropa Birliyi ölkələrinə çıxarmağa imkan verər”,- deyə o əlavə edib.
Biznes- forumda Latviyadan 72, Azərbaycandan 150 şirkətin nümayəndələri iştirak edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət