Polşanın “Honker” maşınqayırma şirkəti Azərbaycanda avtomobillərin yığılmasında maraqlıdır. Şirkətin İdarə Heyətinin sədri Zdislav Kinser Lüblində avtomobil zavodu ilə tanış olan azərbaycanlı jurnalistlər qrupuna belə bildirib.
“Bu həftə keçirilən Azərbaycan- Polşa biznes forumunda biz Azərbaycanın “Improtex” şirkəıti ilə danışıqlar aparmışıq. Azərbaycanda texnoparkların yaradılması barədə məlumat bizi maraqlandırdı.Biz sizin texnoparklarda bizim avtomobillərimizin yığılmasını təşkil etmək istərdik”,- deyə “İnterfaks - Azərbaycan” agentliyinin müxbiri Lyublindən Z.Kinsnerə istinadən bildirib.
“Biz həmçinin, “İmpotex” şirkətinə avtomobillərimizin Bakıda satışı ilə əlaqədar təklif irəli sürməliyik”,-deyə Z.Kinsner əlavə edib.
O qeyd edib ki, “Honker” iki növ – yüngül yük maşınları və yolsuzluq avtomobilləri istehsal edir.
“Polşanın Bakıdakı səfirliyinin sifarişi ilə bizim yolsuzluq avtomobilinin bazasında təcili yardım avtomobili hazırlayaraq Azərbaycana təhvil verəcəyik”,- deyə o qeyd edib.
“Honker” avtomobil zavodu DZT qrupunun tərkibinə daxildir.Qrup 2009-cu ildə “Daewoo” şirkətinin Lyublin avtomobil zavodunu satın alıb.
Hazırda zavodda müxtəlif modifikasiyalı,1,5-2 ton yükgötürmə qabiliyyətyinə malik furqon və yüngül yük maşınları, həmçinin mülki və hərbi təyinatlı yolsuzluq avtomobilləri buraxılır.
Zavodda avtomobil istehsalının bütün mərhələləri həyata keçirilir- şassi yığılır, avtomobillərin gövdəsinin hissələri və daxili plastmas detallar ştamplanır , korroziya əleyhinə işlər görülür və boyanır. Maçınların mühərriki Polşada, ötürücü qutusu Cənubi Koreyada buraxılır.
Müəssisə ildə 40 min avtomobil istehsal etmək gücünə malik olsa da, indi tələbatdan asılı olaraq bir neçə yüz maşın buraxılır.2013-cü ildə 1 min avtomobilin satılacağı gözlənilir.Biznesin genişlənməsi proqramı çərçivəsində Cənubi Amerika, Asiya və Afrikada distribütor şəbəkəsinin inkişaf etdirilməsi nəzərdə tutulur.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət