Rusiyanın Azərbaycan Təşkilatları İttifaqının yaradılması Azərbaycan diasporunu parçalamaq məqsədi daşıyır. Bu barədə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bəyan edib.
“Hesab edirəm ki, Rusiyada formalaşan bu struktur Azərbaycan diasporunun parçalanmasına yönəlib”, - deyə R.Mehdiyev RATİ-nin yaradılmasını şərh edərək bildirib.
Prezident Administrasiyasının rəhbəri bəyan edib ki, bu ittifaqın yaradılmasını “çox mənfi” qiymətləndirir. O, RATİ yaradılandan əvvəl təşkilatçılardan biri ilə söhbət zamanı fikrinin mənfi olduğunu bəyan edib.
“Bu təşkilat dövlətimizin deyil, ilk növbədə, ayrı-ayrı şəxslərin maraqlarına xidmət edir. Onun Rusiyadakı Azərbaycan diasporu ilə heç bir əlaqəsi yoxdur”, - deyə R.Mehdiyev vurğulayıb.
Prezident Administrasiyasının rəhbəri həmçinin Ziyalılar Forumunu tənqid edib. “Ziyalılar Forumu Azərbaycan ziyalılarını təmsil etmir. Sadəcə, 10-20 nəfər yığışıb, belə bir təşkilat yaradıb. Təşkilatçıların bu gününü, keçmişini təhlil etsəniz, görərsiniz ki, onların məqsədi nədən ibarətdir. Kimsə deputat seçilməyib, kimisinin biznesi baş tutmayıb, kimsənin bir marağı olub, onu təmin edə bilməyib, kimsə işdən qovulub. Onlar bir təşkilat çərçivəsində yığışıblar və Azərbaycanın gələcəyi üçün heç bir əhəmiyyət kəsb etmirlər”, - deyə R.Mehdiyev bildirib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət