Azərbaycan və Rusiya arasında Qəbələ RLS-in icarəsinə dair danışıqlar davam etdirilir. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev çərşənbə axşamı brifinqdə məlumat verib.
“Digərlərində olduğu kimi, bu məsələdə Azərbaycan milli maraqlarına əsaslanır. Qəbələ RLS-in icarəsinə dair danışıqlar ekspert qrupu səviyyəsində davam edir”, - deyə E.Abdullayev bildirib.
“Hələ ki, heç bir qərar qəbul edilməyib”, - deyə o əlavə edib.
İnformasiya-analitik mərkəz statusuna malik “Dəryal” RLS Qəbələ rayonunun ərazisində yerləşir və Azərbaycanın mülkiyyətinə aiddir. Bu obyekt 2002-ci ildə Azərbaycan və Rusiya parlamentlərinin ratifikasiya etdikləri saziş əsasında 10 il müddətinə Rusiya tərəfinə icarəyə verilib. İcarə haqqı illik $7 mln. təşkil edir. Stansiyanın icarəsinə dair qüvvədə olan saziş 2012-ci ildə bitir.
RF müdafiə naziri Anatoli Serdyukov 2011-ci ilin iyul ayında Bakıda keçirilən danışıqlar zamanı Rusiya tərəfindən Qəbələ RLS-in icarəsi ilə bağlı yeni sazişin hazırlanması barədə razılığa gəlib.
Lakin, tərəflər hələlik icarə haqqı məsələlərinə dair vahid fikrə gəlməyiblər. Bir sıra Rusiya mətbuatının məlumatına əsasən, Azərbaycan ilkin olaraq Rusiya tərəfindən illik $15 mln. istəyib, sonra icarə haqqını $150 mln.-a, son zamanlar isə $300 mln.-a qədər artırıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət