Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2012-ci ilin əvvəlindən müvəkkil kredit təşkilatları vasitəsilə Azərbaycan sahibkarlarına 209 mln. manatdan artıq kredit verib. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin məlumatında deyilir.
2012-ci ildə fondun vəsaitləri hesabına 2 327 investisiya layihəsi maliyyələşdirilib.
“Bu layihələrin maliyyələşdirilməsi 8,8 mindən artıq yeni iş yerinin yaradılmasına imkan verəcək”, - deyə məlumatda SKMF-in icraçı direktoru Şirzad Abdullayevə istinadən vurğulanır.
Cümə günü SKMF tərəfindən Qobustan rayonunda “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirilib. Tədbirdə Dağlıq Şirvan iqtisadi rayonundan 100-ə yaxın sahibkar iştirak edib.
Ş.Abdullayev qeyd edib ki, 2012-ci ilin əvvəlindən Dağlıq Şirvan iqtisadi rayonunda 783 sahibkar 24,2 mln. manat kredit alıb.
"Tədbir çərçivəsində Qobustan və ətraf rayonlarda fəaliyyət göstərən 50 sahibkarlıq subyektinə 443 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 70-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur”, - deyə məlumatda vurğulanır.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 43 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2011-ci ildə fond 138 mln. manat məbləğində güzəştli kredit verib. 2012-ci ildə fond sahibkarlara 200 mln. manat məbləğində güzəştli kreditin verilməsini planlaşdırır.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət