DİN yaxın vaxtlarda Azərbaycanda vətəndaşlara internet vasitəsi ilə şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu, müxtəlif xarakterli arayışlar xüsusi icazə və lisenziyalar almaq və digər imkanları yaradan sistemi istismara verəcək. Daxili İşlər Nazirliyinin Baş Təşkilatı-İnspeksiya İdarəsinin rəisi Fazil Quliyev belə bildirib.
Ombudsman Aparatında keçirilən və Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunan tədbirdən “İnterfaks- Azərbaycan” agentliyinin müxbirinin F.Quliyevə istinadən bildirdiyi kimi, elektron xidmətlərin siyahısı 24 istiqaməti əhatə edəcək.
F.Quliyev insan haqları məsələsinə toxunaraq qeyd edib ki, bu günə qədər DİN-də ombudsmandən daxil olmuş 1977 müraciətə baxılıb.Belə müraciətlərə baxılması üçün nazirlikdə xüsusi komissiya yaradılıb.
“DİN vətəndaşların hüququ və azadlıqlarının təmininə yönəlmiş 200 daxili əmr verib.Bu sahədə beşillik islahatlar proqramı uğurla həyata keçirilir”,- deyə F.Quliyev əlavə edib.
Onun sözlərinə görə DİN-in 5 mindən çox əməkdaşı insan hüquqları üzrə treninq, seminar və digər tədbirlərdə iştirak edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət