Rusiyanin Qəbələ RLS –in istifadəsini dayandırmaq qərarı son qərar deyil.Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov belə hesab edir.
“Bu çoxdan gözlənilirdi və baş verdi. İcarə müddəti başa çatdı, Rusiya yeni şərtləri və reallıqları qəbul etmədi, bazadan imtina etmək qərarına gəldi.Lakin mən düşünürəm ki, bu Qəbələ RLS “səlnaməsi”nin sonu deyil, düşünürəm ki bunun davamı olacaq”,- deyə ekspert “İnterfaks -Azərbaycan” agentliyinə Rusiyanın RLS-in icarə müddətini uzatmamaq barədə qərarını şərh edərkən bildirib.
R.İbrahimov əmindir ki, Qəbələ stansiyası Rusiyaya lazımdır və bu məsələylə bağlı danışıqlar hələ davam etdiriləcək. “Düşünürəm ki, bu məsələylə bağlı danışıqlar davam edəcək. Pis nümunə keçmiş SSRİ ölkələrinə də sirayət edə bilər və onlar da Azərbaycnın yolu ilə gedərək bu və ya digər obyekti Rusiyaya icarə verməkdən imtina edə bilərlər”.- deyə o qeyd edib.
R.İbrahimov bildirib ki, Qəbələ Moskva və Bakının münasibətlərində vacib tərkib hissəsi olsa da əsla şərtləndirici amil deyil.Bu məsələ iki ölkənin münasibətlərinə təsir göstrəməyəcək. “Rusiya əgər , başa səbəb olmazsa məhz RLS-ə görə Azərbaycanla münasibətlərini korlamayacaq”,- deyə ekspert bildirib.
Bazar ertəsi Azərbaycan XİN-in mətbuat xidməti Rusiya XİN-in Qəbələ RLS-in istifadəsini dayandırmaq barədə nota verdiyini bildirmişdir.
İnformasiya-analitik mərkəz statusuna malik “Dəryal” RLS Qəbələ rayonunun ərazisində yerləşir və Azərbaycanın mülkiyyətinə aiddir. Bu obyekt 2002-ci ildə Azərbaycan və Rusiya parlamentlərinin ratifikasiya etdikləri saziş əsasında 10 il müddətinə Rusiya tərəfinə icarəyə verilib. İcarə haqqı illik $7 mln. təşkil edir. Stansiyanın icarəsinə dair qüvvədə olan saziş 2012-ci ildə bitir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət