Azərbaycan parlamenti İran və Azərbaycanın sərhədyanı ərazidə yaşayan vətəndaşlarının sərhədi keçmələrinin sadələşdirilmiş şərtlərini ləğv edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri xəbər verir.
Deputatlar xüsusilə “Azərbaycan və İran hökumətləri arasında sərhədyanı rayonlarda yaşayan hər iki ölkə vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında” 5 aprel 2005-ci il tarixli Memorandumun və Naxçıvan Muxtar Respublikasında daim yaşayan Azərbaycan, eləcə də İran vətəndaşlarının sadələşdirilmiş qaydada səfərləri haqqında 1 mart 2006-cı il tarixli Hökümətlərarası Memorandumun ləğv edilməsi lehinə səs veriblər.
"Vətəndaşların səfərləri, miqrasiya məsələlərini tənzimləyən mükəmməl qanunverici baza yaradılıb. Memorandumun qeyd olunan müddəalarına hüquqi nöqteyi-nəzərdən artıq ehtiyac yoxdur. Hər iki dövlətin səlahiyyətli orqanları artıq memorandumun ləğv edilməsi üçün fikir bildirib", - deyə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli bildirib.
Bununla yanaşı, bir sıra deputatlar Azərbaycan və İran vətəndaşlarının səfərlərinin sadələşdirilmiş şərtlərinin saxlanılmasına tərəfdar olublar. "Bəs Milli Təhlükəsizlik Nazirliyi nə üçündür? Qoy ölkəyə pis niyyətlərlə gələnləri yoxlasınlar. Qardaş və bacıları ayırmaq olmaz", - deyə deputat, SSRİ xalq artisti Zeynəb Xanlarova söyləyib. Deputat Qüdrət Həsənquliyevin fikrincə, sərhədi keçmə rejiminin sadələşdirilmiş şərtlərinin ləğv edilməsindən ilk növbədə, Ermənistanın yürütdüyü siyasətlə əlaqədar blokada şəraitində yaşayan Naxçıvan sakinləri əziyyət çəkəcəklər.
Parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov izah edib ki, bu qərar daha əvvəl imzalanmış memorandumun müddətinin başa çatması ilə əlaqədar qəbul edilir. "Biz qardaş və bacıları ayırmırıq, onlar əvvəllər olduğu kimi bizə gələcəklər, ancaq əvvəlki viza rejimi şərtləri ilə. Bununla belə danışıqlar davam edəcək, yeni memorandum layihəsi hazırlanacaq”, - deyə Z.Əsgərov ictimaiyyəti məsələni siyasiləşdirməməyə çağırıb.
Yeni Azərbaycan Partiyasının nümayəndəsi Siyavuş Novruzov bildirib ki, başqa ölkə ilə viza rejiminin tətbiqi dünya təcrübəsində normal işdir. "Biz ölkəmizin ərazisinə kimin girdiyini bilməliyik, ölkə ərazisində təhlükəsizliyi təmin etməliyik, çünki narkotik vasitələrin dövriyyəsi, dini baxışların təbliği və s. ilə mübarizə çərçivəsində belə halların qarşısını almaq üçün tədbirlərin görülməsi vacibdir", - deyə parlament üzvü qeyd edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət