Təkmillətli Ermənistan rəhbərliyinin “Noylend” mərkəzinin tikintisi yolu ilə multikulturalizm siyasəti görüntüsü yaratmaq cəhdi dünya birliyinin fikrini azdırmaq və Azərbaycan mədəniyyətinin bütün izlərinin məhv edilməsi faktının gizlətmək məqsədi daşıyır. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Fuad Axundov “İnterfaks- Azərbaycan” agentliyinə belə bildirib.
“Tarix dəqiq elmdir. Ermənistandakı Azərbaycan mədəniyyətinin məhv edilməsi tarixin yaddaşına düşüb. “Noylend” layihəsi tarixı və dünya ictimaiyyətini aldatmaq cəhdindən başqa bir şey deyil”.- deyə F.Axundov söyləyib.
Ermənistan KİV-in məlumatlarına əsasən, İrəvanda Dalma bağlarına aid ərazidə “Noylend” tarixi- arxeoloji turizm mərkəzi yaradılacaq. Burda Bibliyadan götürülmüş əfsanə əsasında Nuhun gəmisi mövzusunda bağ yardılması planlaşdırılır. Bağda dünyada geniş yayılmış dörd dini əks etdirən kilsə, məscid, sinaqoq və budda məbədi inşa ediləcək.
“Ermənistanın “Noylend”lə bağlı indiki aksiyası – Azərbaycanın Ermənistan ərazisindəki bütün Azərbaycan və müsəlman mədəniyyət abidələrini məhv etməsi ittihamlarına cavab reaksiyasıdır. Bu məhv etmənin izlərini ört -basdır etmək üçün onlar dörd dünya dinini əks etdirən abidələr yaratmaq qərarına gəliblər, üstəlik bunlardan biri- buddizm region üçün səciyyəvi deyil”,- deyə F.Axundov əlavə edib.
Onun sözlərinə görə, “bu alqoritm artıq bizə tanışdır.Bu yaxınlarda Azərbaycanın tarixi “İrəvan qalasının” dağıdılması barədə ittihamalarına cavab olaraq Ermənistanın hakim dairələri “Köhnə şəhər” layihəsini irəli sürdülər. Layihə XIX əsrin sonu XX əsarin əvvələrinə aid “tarixi” binaların yenidən qurulmasını nəzərdə tutur”.
“Qayıdaq İrəvanın indiki aksiyasına. Bir daha qeyd etmək lazımdır ki, bu “Noylend”in ( bir növ siyasi –tarixi məna daşıyan Disneylend ) orta əsrlər Azərbaycan memarlığının incisi sayılan dağıdılmış İrəvan qalasının yerində tikilməsi nəzərdə tutulub. Məhz bir neçə əsr öncə Azərbaycan xalqı və İrəvan xanları tərəfindən əsası qoyulmuş İrəvan qalasının, Dalma (Dolma bağları) bağlarının yerində və ya onlarla yanaşı tikilməsi planlaşdırılır”,- deyə o qeyd edib.
“Ermənistanın təqdim etdiyi “nou-xau” budur- həqiqi tarixi abidələri dağıtmaqla monomədəniyyət yaratmaq, sonra dağıntılar üzərində yeni abidələr yaratmaqlıa bütün dünyaya bir çox mədəniyyətlərin harmoniyası görüntüsünü nümayiş etdirmək.Ümid edirəm məsələ multikulturalizm siyasətinin təntənəsinin elan edilməsi dərəcəsinə çatmayacaq”-F.Axundov bildirib.
O söyləyib ki, bu gün “biz erməni saxtalaşdırmasının yeni dövrünün şahidləriyik, İndi onlar Nuh peyğəmbəri, onun gəmisi barədə Bibliya əfsanəsini Ermənistanla əlaqələndirməyə çalışırlar” .”Çox böyük ehtimalla bizi yeni arxeoloji “sensasiyalar” gözləyir, məlum senari üzrə Dalma bağlarinda əvvəlcə arxeoloji tapintilar basdirilacaq. Sonra təntənəli şəkildə kinokameralar qarşisinda Nuh və onun gəmisinin “qədim erməni”mədəni və tarixinə məxsus olması barədə arxeoloji dəlillər tapılacaq”,- deyə o vurğulayıb.
“Üstəlik gülməlidir, azərbaycanlıların və digər xalqların orta əsrlərə aid mədəni tarixi abidələrini məhv etmiş Ermənistan hakimiyyəti öz vəhşiliklərini Ermənistan disneylendində Noylenddə məscid və sinaqoq yaratmaqla kompensasiya etmək istəyirlər.Bu qayda ilə Ermənistanın hakim dairələri Ermənistandakı Azərbaycan ,müsəlman tarixi - mədəni abidələrinin bütövlükdə məhv eduilməsi faktını gizlətmək, dağıntılar üzərində “Noylend”- onlara heç bir aidiyyatı olmayan Nuh peyğəmbər və onun gəmisi barədə əfsanə yaratmaq istəyirlər” ,- deyə Prezident Admninistrasiyasının nümayəndəsi bildirib.
“Özlərinin İrəvan xanlığına gəlmə olduqları barədə izləri məhv etmək üşün ermənilər bütün memarlıq abidələrini məhv etilər, coğrafi yer adlarını dəyişdilər, bütün azərbaycanlı əhalini qovdular”,- deyə o əlavə edib.
O xatırladıb ki, Ermənistan ərazisindən yalnız azərbaycanlılar deyil, ruslar və digər xalqlar da qovulub və nəticədə ölkə monoetnik hala gəlib.”Təsadüfü deyil ki, MDB ölkələri arasında Ermənistan uzun illərdir rus əhalisinin sayına görə antirekordu qoruyub saxlayır.-təxminən 3 min nəfər . Bunlar da hərbi şəhərciklərdə yaşayanlardır.Azərbaycanda isə bu göstərici 100 dəfədən çoxdur”.- deyə o qeyd edib.
“Ümumiyyətlə, Azərbaycanın Ermənistan kimi süni şəkildə tarix yaratmaq, kimisə nəyəsə inandırmasına ehtiyacı yoxdur.Çünki, çoxmillətli Azərbaycanın əsrləır boyu tarixi mədəni irsə qayğı ilə yanaşmasında multikulturalizmi görmək olar”,- deyə F.Axundov vurğulayıb.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət