Prezident İlham Əliyev bazar ertəsi Böyük Britaniya parlamentinin üzvü Nik de Buanı qəbul edib. Bu barədə rəsmi KİV xəbər verir.
Nik de Bua Böyük Britaniyanın Baş naziri Devid Kemeronun salamlarını və məktubunu dövlət başçısına çatdırıb. Məktubda Böyük Britaniya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb, ölkələrimizin qeyri-neft, biznes, ticarət sahələrində əməkdaşlığının daha da genişləndirilməsinə dair məsələlər əksini tapıb.
Nik de Bua Baş nazir Devid Kemeronun Azərbaycanı Böyük Britaniya üçün çox vacib tərəfdaş ölkə hesab etdiyini deyib.
O, 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi münasibətilə Devid Kemeronun təbriklərini də dövlət başçısına çatdırıb və ilk Avropa Olimpiya Oyunlarının Bakıda uğurla keçiriləcəyinə əminliyini ifadə edib.
Azərbaycan ilə Böyük Britaniya arasında uzunmüddətli tarixi əlaqələrin mövcud olduğunu deyən Prezident İlham Əliyev əməkdaşlığımızın bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Dövlət başçısı ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, təhlükəsizlik və digər sahələrdə gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini bildirib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət