2011-ci il dekabrın 16-dan 2012-ci il dekabrın 16-dək Azərbaycanda İcbari Sığorta Bürosunun (İSB) üzvü olan sığorta şirkətləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası 70 mln. 540 min 497,5 min manat məbləğində sığorta haqqı əldə ediblər. Bu barədə İcbari Sığorta Bürosunun məlumatında bildirilir.
Xəbər verildiyi kimi, 2011-ci il dekabrın 16-dan 2012-ci il dekabrın 16-dək Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə polislərin yeni tariflərlə satışına başlanıb.
“İcbari sığorta növləri haqqında”qanunun bir il ərzində tətbiqi nəticəsində, yəni 2011-ci il dekabrın 16-dan 2012-ci il dekabrın 16-dək avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 894,625 min sığorta müqaviləsi bağlanılıb”, - deyə məlumatda qeyd edilib.
Büronun statistik məlumatlarına əsasən, bir illik dövr ərzində 1 il müddətinə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 679,960 min sığorta müqaviləsi bağlanıb. Müqavilələr çərçivəsində sığortaçıların haqqları 63 mln. 746,275 min manat təşkil edib. Eyni zamanda, bir gün ərzində orta hesabla 1857 sığorta müqaviləsi bağlanıb. Bir müqavilə üzrə haqqların orta məbləği 93,75 manat təşkil edib.
Bundan başqa, bu dövr ərzində xaricdə qeydiyyatda olan və Azərbaycandan tranzit məqsədilə keçən avtomobil nəqliyyat vasitələrinin sığortası üzrə (sığorta müqaviləsi 1 ay müddətinə bağlanılır – İF-Az) 214,665 min müqavilə bağlanıb.
Sığortaçılar Həmin müqavilələr üzrə ümumi haqqları 6 mln. 794 min 222,5 manat təşkil edib, bir gün ərzində orta hesabla 586 müqavilə bağlanıb.
2012-ci ilin noyabr ayında çərçivəsində Büro üzvü olan sığorta şirkətləri O cümlədənCari ilin noyabr ayı ərzində sığortaçıların avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə əldə etdikləri sığorta haqları 6,1 mln. manat təşkil edib”, - deyə məlumatda qeyd olunur.
Büronun məlumatına görə, 2011-ci il dekabrın 16-dan 2012-ci il dekabrın 16-dək avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortaçılar 3368 hadisə üzrə ödənişlər həyata keçirib, onların həcmi 5 mln. 430 min 112,17 manat təşkil edib.
Bundan başqa, hazırda 343 sığorta hadisəsi üzrə sənədlər ödəniş etmək üçün müzakirə mərhələsindədir.
Məlumatda qeyd olunur ki, bir il ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə müqavilələrin 76,48%-i minik avtomobillərinin, 13,95%-i – yük avtomobillərinin, 6,96%-i - qoşma və yarım-qoşma vaqonların, qalanı digər nəqliyyat vasitələrinin payına düşüb.
Qanun çərçivəsində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yeni tarif sistemi tətbiq edilib. Xüsusilə, 50 manat məbləğində baza tarifi müəyyən olunub və mühərikinin həcmi 1500 kub. santimetrə qədər olan avtonəqliyyat vasitələrinə tətbiq olunur. Mühərrikin həcmi artıqca 1,5-5 əmsalları tətbiq olunacaq. Mühərrikinin həcmi 5 min kub. santimetrdən çox olan avtonəqliyyat vasitələri üçün 5 əmsalı tətbiq olunacaq, yəni sığorta tarifi 250 manat təşkil edəcək.
Avtobus və mikroavtobuslar üçün sığorta tarifi hesablananda əmsallar onların sərnişin yerlərinin sayından asılı olacaq. Belə ki, 9-16 sərnişin yerinə görə əmsal 3-ə, 16-dan artıq yerə görə əmsal 4 tətbiq edilir.
Yük avtomobillərində sığorta əmsalı yükgötürmə qabiliyyətindən asılı olaraq dəyişəcək əmsal 3-dən 5-ə qədər təşkil edir
Motosiklet, traktorlar və digər kənd təssərrüfatı texnikası üçün əmsal 1-ə, trolleybus və tramvaylar üçün isə əmsal 1-ə bərabərdir.
Bundan başqa, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqının müəyyən olunması zamanı həmçinin bonus-malus sistemi tətbiq edilir.
Qanuna əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə əmlaka vurulmuş ziyana görə 5 min manat, sağlamlığa vurulan ziyana görə ödənilən bir nəfərə görə sığorta məbləği 5 min manat, bir sığorta hadisəsinə görə ümumi limit - 50 min manat təşkil edir. Beləliklə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişinin məbləği 55 min manat təşkil edə bilər.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət