Azərbaycan Dövlət Neft Fondu (ARDNF) daşınmaz əmlaka ilk investisiya qoyuluşunu həyata keçirib.
Fond Londonun qərb hissəsində Sent Ceyms Strit 78 ünvanında ofis kompleksi alıb“Binanın alqı-satqı prosesində satıcı qismində “Deutsche Bank”-ın Vəsaitlərin idarə edilməsi bölməsinin daşınmaz əmlak investisiyaları ilə məşğul olan şirkəti RREEF Real Esteyt (RREEF Real Estate), Dövlət Neft Fondunun hüquq məsləhətçisi kimi Klifford Çans (Clifford Chance), broker qismində isə Cons Lanq Lasal (Jones Lang LaSalle) şirkəti çıxış edib.
Məlumatda bildirilir ki, Sent Ceyms Londonun bir sıra tarixi memarlıq abidələrinin yerləşdiyi mərkəzi ərazidir. Bina Sent- Ceyms 78 ünvanında yerləşir və bu ərazidə ən tanınmış yerlərdən biridir.O 1845-cı ildə tililib, 2003-cü ildə tarixi görünüşü saxlanılmaqla təmir edilib və “A” sinif ofis binaların tələblərinə tamamilə cavab verir.
Bina 11081 kv. metr ərazini əhatə edir və 2023-cü ilə qədər illik 9,65 mln. funt sterlinq icarə haqqı və 4,5% xalis illik gəlirliliklə HSBC banka icarəyə verilib. Hazırda bank bu binanı mərkəzi ofis olaraq istifadə edir
“Londonda bu binanın alınması fondun daşınmaz əmlak sahəsinə investisiya qoymaq strategiyasının birinci mərhələsi oldu. Strategiya dünyanın bir sıra önəmli şəhərlərində əsas biznes ərailərində bu cür investisiya qoyuluçşlarının reallaşdırılmasını nəzərdə tutur. Bu tip investisiyaların həyata keçirilməsində başlıca amillər həmin investisiyanın gələcək illər ərzində vəd etdiyi yüksək sabit gəlirlilik, eləcə də dünyanın önəmli şəhərlərinin kommersiya daşınmaz əmlak bazarlarının güclü fundamental əsaslarıdır”,- deyə məlumatda Şahmar Mövsümov istinadən bildirilir.
Daha əvvəl ARDNF başçısı Şahmar Mövsümova istinadən bildirilib ki, fond başlanğıc mərhələdə Avropa və Asiya ölkələrində daşınmaz əmlaka investisiya qoymağı planlaşdırır. 2012-ci ilin investisiya siyasəti çərçivəsində ARDNF fond vəsaitlərinin 5%-dən çoxunu daşınmaz əmlakın əldə edilməsinə yönəldə bilər.
1999-cu ilin dekabr ayında yaradılan Azərbaycan Respublikası Dövlət Neft Fondunda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən daxil olan gəlirlər toplanır
Dekabrın 1-nə ARDNF-in aktivləti $33 mlrd. 895 mln. təşkil edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət