Ermənistanda gələn ilin fevral ayının 18-nə təyin olunan prezident seçkiləri siyasi intriqalar ənənəsini hələ seçkiqabağı kampaniyanın ilk mərhələsində itirib. Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov belə hesab edir.
“2012-ci ildə keçirilən parlament seçkilərindən sonra Ermənistanın siyasi məkan mənzərəsi erməni cəmiyyətinin bu ölkədə baş verən hadisələrin mahiyyətini anlaqlı dərk edə bilmədiyini nümayiş etdirib”, - deyə F.Məmmədov çərşənbə axşamı brifinqdə bəyan edib.
Onun sözlərinə görə, Ermənistan əhalisində yoxsulluq səviyyəsinin yüksək olması səbəbindən “təbii özünümüdafiə instinktini tamamilə itirib”. Və bu şəraitdə qorxu və pula maraq elektorat fəallığının əsas konteksti oldu. F.Məmmədov bildirib ki, belə olduğu şəraitdə prezidentin Ermənistan Respublika Partiyası (ERP) və Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan Partiyası” seçkiqabağı kampaniyanın favoritləri olaraq məhz seçiciləri öz tərəflərinə çəkib və hədə qorxu gələrək ölkə parlamentində çoxsaylı fraksiyalar formalaşdırıblar.
“Bununla yanaşı, Levon Ter-Petrosyan, Raffi Ovanesyan, Stepan Dəmirçyan kimi müxalifət liderləri və başqaları ümumi dil tapa bilməyiblər və müxtəlif siyahılarla çıxış edərək müxalifət elektoratını parçalayıblar. Beləliklə, bu günə ölkədə əhalinin ictimai narazılığını istiqamətləndirməyi bacaran, digər tərəfdən öz addımlarını Ermənistanın xarici sponsorları ilə razılaşdıra bilən parlaq,xarizmatik müxalifət lideri yoxdur”, - deyə F.Məmmədov vurğulayıb.
SAM direktorunun fikrincə, Serj Sarqsyanın hakimiyyətini sarsıtmağı bacaracaq yeganə qüvvə Ermənistanın eks-prezidenti Robert Koçaryanın və ona yaxın olan “Çiçəklənən Ermənistan Partiyası” və “Daşnaktsütün”un potensialıdır.
F.Məmmədov diqqəti Ermənistanın Avrasiya və Gömrük İttifaqlarına daxil olmaq barədə son qərar qəbul etmədiyinə yönəldib. Bununla yanaşı, Ermənistan Avropa İttifaqı ilə fəal danışıqlar aparır və 800 mln.–dan 1 mlrd. avroya qədər kredit almaq üçün sponsorlar sammitinə hazırlaşır. Bu məbləğ büdcədə kəsiri bağlamağa və ölkədə bir neçə əhəmiyyət kəsb etməyən layihələrin reallaşdırılmasını başa çatdırmağa imkan verəcək. “2013-cü ildə Ermənistanın büdcəsini “yaşamaq uğrunda mübarizə büdcəsi" kimi xarakterizə etmək olar, çünki burada investisiya layihələriri praktiki olaraq yoxdur. Nəticədə, qeyd etmək olar ki, Ermənistanda prezident seçkiləri praktiki olaraq alternativsizlik şəraitində keçiriləcək, - deyə F.Məmmədov qeyd edib. – Qorxu və maddi ehtiyac səbəbindən Ermənistan əhalisi S.Sarqsyana səs verməlidir. O isə baxmayaraq ki, seçkilərdə qələbə məsələsini taktiki olaraq həll edib, lakin strateji problemlərin həllində daha böyük problemlərlə üzləşəcək. Rusiyanın qeosiyasi layihəlıri daxil olmaqdan imtina və Türkiyə ilə sərhədlərin bağlı olmasına görə Avropaya tam inteqrasiya etmək imkanının mümkün olmaması S.Sarqsyana Ermənistanın mövcud vəziyyətdə həll edə bilməyəcəyi maneələr yaradır”.
SAM direktoru həmçinin qeyd edib ki, S.Sarqsyanın irəli sürdüyü "Zəngin Ermənistana doğru" seçkiqabağı şüarı riyakarlıq kimi qiymətləndirmək olar. Çünki hazırki vəziyyətdə hər hansı inkişafdan danışmaq mümkün deyil. “S.Sarqsyan ötən beş il ərzində heç bir ümumerməni problemini həll edə bilməyib. Birincisi, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində irəliləyiş yoxdur. İkincisi, bu məsələ həll edilməyənə qədər Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının davamı mümkün deyil. Sonra, mifik “erməni soyqırımı” məsələsi aktuallığını itirir, çünki Türkiyənin iqtisadi qücü və regional mahiyyəti ona qarşı istifadə olunan soyqırım dəyənəyinə üstün gəlib. Dördüncüsü, Ermənistanın sadə vətəndaşlarının həyatı daha yaxşıya doğru dəyişməyib”, - deyə F.Məmmədov bəyan edib ki, üç il ərzində ölkəni 155 min nəfər tərk edib, yəni rəsmi elan edilən əhalinin təxminən 5%-i.
F.Məmmədovun sözlərinə görə, beləliklə 2013-cü il fevralın 18-də keçiriləcək prezident seçkilərindən sonra S.Sarqsyan ölkə daxilində daha böyük basqı ilə üzləşəcək. Çünki müxalif siyasi qüvvələr birləşdirilmiş mübarizə səylərinin möhkəmlənməsi üzrə iş aparacaqlar. “Ermənistan təcrid olunmuş vəziyyətdə qalaraq və bankrot dövlət səviyyəsinə yaxınlaşaraq xarici sponsorlar hesabına mövcud olmağa davam edəcək”, - deyə F.Məmmədov vurğulayıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət