Azərbaycan bazar iqtisadiyyatının inkişafı üçün bir sıra problemləri aradan qaldırmalıdır.ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar belə hesab edir.
“İqtisadiyyat azad olmalıdır”,- deyə R.Morninqstar çərşənbə günü Bakıda Xəzər İnrteqrasiya Klubunun iclasında çıxış edərkən bildirib.
Səfir Azərbaycanda iqtisadiyyatın azad olmasına mane olan problemlər sırasında enerji ehtiyatlarından asılılığı, qeyri- neft sektorunun kifayət qədər inkişaf etməməsini inhisarçılığı və korrupsiyanı qeyd edib.
R.Morninqstar həmçinin Azərbaycanda biznes–mühitin yaxşılaşdırılmasının zəruriliyini, ixtisaslı kadrların hazırlanması üçün təhsilin keyfiyyətinin yaxılaşdırılmasının və gənclərin biznesə cəlb edilməsinin vacibliyini vurğulayıb.
“Əgər Azərbaycan bu problemləri həll etsə, onu çox parlaq gələcək gözləyir.Əgər bu problemlər həll edilməzsə, iqtisadiyyat zəifləyəcək. Çünki neft- qaz ehtiyatları tez və ya gec tükənir”,- deyə o qeyd edib.
Səfir əlavə edib ki, ABŞ Azərbaycanla energetika sahəsində əməkdaşlığın genişlənməsində maraqlıdır. “Bizim ərazilərindən neft kəmərləri keçən Azərbaycan, Gürcüstan və Türkiyə ilə önəmli əlaqələrimiz var.Azərbaycanın öz müstəqilliyini qoruması bizim üçün çox vacibdir”,- deyə R.Morninqstar söyləyib.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət