Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri Biznes Şurası yaradır. Bu barədə İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.
İqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri birgə hökumətlərarası komissiyasının iclas çərçivəsində “Azərbaycan-BƏƏ Biznes Şurasının yaradılması haqqında” anlaşma memorandumu imzalanıb.
Azərbaycan tərəfindən sənədi iqtisadi inkişaf naziri Şahin Mustafayev, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tərəfdən iqtisadiyyat naziri Sultan Bin Səid Əl Mansoori imzalayıblar.
Sultan Bin Səid Əl Mansoori bəyan edib ki, BƏƏ Azərbaycanla əməkdaşlığın genişlənməsində maraqlıdır. “Bu məsələdə ölkələrin özəl sektorları arasında əməkdaşlığın inkişafı əhəmiyyətli rol oynayır”, - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan BƏƏ-nin strateji tərəfdaşına çevrilib.
Ş.Mustafayev qeyd edib ki, yüksək səviyyəli siyasi münasibətlər və möhkəm müqavilə-hüquq bazası iqtisadi əməkdaşlığın inkişafı üçün olduqca əlverişli zəmin yaradır. “Təsadüfi deyil ki, ölkələrimiz arasında ticarət əlaqələri ildən-ilə genişlənir, Hazırda Azərbaycanda BƏƏ sərmayələri əsasında 122 şirkət fəaliyyət göstərir, onların ölkənin qeyri-neft sektoruna investisiyalarının həcmi $260 mln.-ı ötür”, - deyə Ş.Mustafayev bildirib.
Nazir Azərbaycan şirkətlərinin BƏƏ-də uğurlu fəaliyyətini vurğulayıb. “SOCAR TRADİNG S.A” şirkəti tərəfindən “SOCAR Aurora Fujairah Terminal FZE” terminalı tikilməkdədir və indiyədək terminalın tikintisinə $33 mln. yatırılıb”, - deyə nazir qeyd edib.
Ş.Mustafayevin fikrincə, Bakıda Dubay Ticarət və Sənaye Palatasının nümayəndəliyinin açılışı qurumun xaricdə ilk nümayəndəliyi olmaqla, ticzri münasibətləri inkişaf etdirmək niyyətinin göstəricisidir.
Tərəflər həmçinin ticarət-iqtisadi, investisiya, sənaye və energetika, rabitə və informasiya texnologiyaları, kənd təsərrüfatı, nəqliyyat, bankçılıq, mədəniyyət və turizm, təhsil və digər sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər.
İclasın sonunda Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclasının yekunlarına dair protokol imzalanıb. Sənədə əsasən, tərəflər hüquq-müqavilə bazasının genişləndirilməsi, üçüncü ölkələrə birgə investisiya yatırmaq imkanlarını nəzərdən keçirmək, texnoparkların və yüksək texnologiyalar parklarının yaradılması istiqamətində müvafiq tədbirləri davam etdirəcəklər.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət