Milli Aviasiya Akademiyasında Kosmik Məsələlər üzrə Şuranın növbəti - üçüncü iclası keçirilib .Bu barədə rabitə və İnformasiya texnologiyaları nazirliyinin (RİTN) saytında məlumat verilir
İclasda Şuranın sədri akademik Arif Paşayev, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, maliyyə naziri Samir Şərifov, nəqliyyat naziri Ziya Məmmədov, müdafiə sənayesi naziri Yavər Camalov, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyasının sədri Arif Mehdiyev, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev və digər aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
Azərkosmos ASC-nin sədri Rəşad Nəbiyev ilk kommunikasiya peykinin artıq orbitə çıxarılması üçün tam hazır vəziyyətə gətirildiyini qeyd edib və layihənin hazırlanması, orbital mövqelərin qeydiyyatı və koordinasiyası üzrə aparılan işlər və s. barədə məlumat verib.
A.Paşayev iclasın yekuynlarına əsasən müvafiq tapşırıq və göstərişlər verib.
“Azərkosmos” 2010-cu ildə orbitə telekommunikasiya peykinin çıxarılması üçün yaradılıb. "Azərkosmos" ASC-nin nizamnamə kapitalı 40 milyon manat təşkil edir. Müəssisənin bütün səhmləri dövlətin mülkiyyətindədir. ASC-nin funksiyasına Azərbaycan peykinin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi,xidmətlər almaq üçün sığorta şirkətlərinin seçimini aparmaq,kosmik operatorlarla əlaqələr yaratmaq,bu istiqamətdə müxtəlif tədqiqatlar aparmaq daxildir.
Xəbər verildiyi kimi, 2012-ci ilin dördüncü rübündə Kuru Kosmodromunda (Cənubi Amerikanın şimal-şərqində, Fransa Qvineyasında) Azərbaycanın ilk kommunikasiya peyki Azerspace-1kosmosa buraxılacaq.
2010-cu ilin may ayında RİTN Amerikanın Orbital Sciences Corporation şirkəti ilə peyk istehsalı üzrə müqavilə imzalayıb.Həmçinin, Azərbaycan Malayziyanın “MEASAT” şirkəti ilə onun orbital mövqeyinin Azerspace-1 peyki üçün istifadəsi haqqında uzunmüddətli icarə sazişi imzalayıb.
Peykin 5-7 il ərzində xərclərini çıxardacağı, sonrakı 15 il istismar müddətində xalis mənfəət gətirəcəyi ehtimal olunur.
RİTN mütəxəssislərinin fikrincə, milli peykimizin mövcudluğu keyfiyyətli və etibarlı rabitə, teleyayım yaratmağa, kanalların sayını artırmağa imkan verəcək.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət