Türkiyəli tarixçi, professor Seyid Sərtçelik AMEA A.Bakıxanov adına Tarix İnstitutunun növbəti Elmi Şurasında çıxış edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İnstitutdan məlumat verilib.
Tədbir Tarix İnstitutunun direktoru, professor, AMEA-nın müxbir-üzvü Yaqub Mahmudovun sədrliyi altında keçirilib.
Şurada ümumi türk tarixinin hazırlanması və yazılması məsələləri müzakirə edilib. Bundan başqa, Y.Mahmudov ümumi Azərbaycan-Türkiyə tarixinin yazılmasına dair işlərin aparılması, orta və ali məktəblərdə uzun illər ərzində türk xalqların tarixinin tədris olunması haqqında məlumat verib. İnstitutun direktoru bildirib ki, Azərbaycan tarixi haqqında elmi əsərləri Türkiyədə türk dilinə tərcümə etmək və arxiv materiallarının mübadiləsi sahəsində əməkdaşlıq qurmaq planlaşdırılır.
Türkiyəli tarixçi öz növbəsində Azərbaycan-Türkiyə tarixinin hazırlanmasına dair iş barədə məlumat verib.
Bundan başqa, professor Seyid Sərtçelik həmçinin “erməni məsələsi” mövzusunda məruzə ilə çıxış edib.
Tədbir zamanı o cümlədən ümumi türk tarixi üzrəində işə Ukrayna, Rusiya və Orta Asiyadan olan aparıcı tarixçi-türkoloqları cəlb etmək təklif edilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət