Azərbaycan öz ərazisindən İrana qarşı istifadə edilməsinə imkan verməyəcək. Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov bir sıra yerli və xarici informasiya agentliklərinə müsahibəsində “İnterfaks-Azərbaycan” agentliyinin sualına cavab verərkən bəyan edib.
Nazir qeyd edib ki, bir sıra xarici kütləvi informasiya vasitələrində mütəmadi olaraq İrana qarşı əməliyyatlarda Azərbaycan ərazisindən istifadə olunacağı ilə bağlı əsassız, həqiqətə uyğun olmayan məlumatlar dərc olunur.
O vurğulayıb ki, bu cür təhrif olunmuş məlumatlar Xarici İşlər Nazirliyi səviyyəsində və müxtəlif səviyyələrdə təkzib olunub.
“Biz dəfələrlə bəyan etmişik ki, Azərbaycan öz ərazisindən İrana qarşı istifadə edilməsinə imkan verməyəcək. Azərbaycan müstəqil, öz maraqlarını təmin edən sülhsevər xarici siyasət həyata keçirir və bu siyasət Ermənistan istisna olmaqla bütün qonşu ölkələrlə münasibətlərin qarşılıqlı etimada və hörmətə əsaslanmasını şərtləndirir”, - deyə E.Məmmədyarov bildirib.
O əlavə edib ki, Azərbaycan regionda yeni münaqişə ocaqlarının yaranmasını istəmir və bütün mövcud anlaşmazlıqların sülh və danışıqlar yolu ilə həllinin tərəfdarıdır.
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İş axtaranların nəzərinə - "Yelo Career Festival" keçiriləcək!
Bank Respublika və Niderland İnkişaf Bankı arasında növbəti iri həcmli kredit sazişi bağlandı!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət