2012-ci ildə Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 74,77 mln. manat təşkil edib. Bu barədə AİF-in saytında yerləşdirilmiş məlumatda deyilir.
Xəbər verildiyi kimi, 2011-ci ildə AİF-in agent bankları 95,64 mln. manat məbləğində ipoteka krediti veriblər. Beləliklə, hesabat dövründə fondun agent bankları ipoteka kreditləşməsinin həcmini 21,8% azaldıblar.
Bununla yanaşı, 2012-ci ilin dekabr ayında AİF-in agent bankları 14,33 mln. manat məbləğində ipoteka krediti veriblər ki, bu da həmin ay ərzində kreditləşmənin ən yüksək göstəricisidir.
Ümumilikdə, 2006-cı ildən 2012-ci il dekabrın 30-na qədər AİF-in müvəkkil bankları 420,23 mln. manat məbləğində ipoteka krediti veriblər.
Fondun məlumatına görə, 2012-ci il ərzində AİF 91,15 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib.
2012-ci ildə AİF-in 36 mln. manat məbləğində istiqrazları yerləşdirilib. Fond sosial ipotekanın verilməsi üçün dövlət büdcəsindən 20 mln. manat vəsait alıb.
30 dekabr 2012-ci il tarixinə ipoteka krediti alanların 41%-i 18-29, 31%-i 30-35 yaşında, 28%-i yaşı 36-dan yuxarı olan şəxslərdir.
AİF 2005-ci ilin dekabr ayında yaradılıb və 2006-cı ilin mart ayında ipoteka kreditlərinin verilməsinə başlayıb. Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən 27 agent bank vasitəsilə kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 35 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət