Azərbaycan Ordusunun əsgəri Ceyhun Qubadovun müəmmalı ölüm faktı ilə bağlı araşdırma nəticəsində bir neçə yüksək rütbəli zabit tutduqları vəzifədən azad olunublar. İstintaq tədbirləri davam edir. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
“Müdafiə nazirinin əmrinə əsasən, təqsirkar zabitlərə şiddətli töhmətdən tutmuş, hərbi rütbələrin endirilməsinə qədər müxtəlif cəzalar verilib. Bir neçə zabit tutduqları vəzifədən azad olunublar”, - deyə “İnterfaks-Azərbayan” agentliyinə nazirlikdən bildirilib.
“Araşdırmalar nəticəsində başqa şəxslərin də təqsiri aşkar edilərsə, onlar da cəzalandırılacaqlar”, - deyə agentliyin müsahibi söz verib.
Əsgərin ölüm faktı ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 342.2-ci (Qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Ölümə səbəb olan vəziyyəti dəqiqləşdirmək məsədilə istintaq tədbirləri davam etdirilir.
Xəbər verildiyi kimi, yanvarın 7-də vəfat edən 18 yaşlı C.Qubadov yalnız üç ay öncə hərbi xidmətə çağırılıb. Əsgərin anası oğlunun “ürək çatışmazılığı”ndan vəfat etməsi ilə bağlı Məhkəmə-Tibbi Ekspertizanın verdiyi rəyi qəbul etmir. O bəyan edib ki, oğlu döyülərək öldürülüb. Əsgərin cəsədinin üzərində zorakılıq əlamətlərinin açıq-aşkar müşahidə edildiyi morqda çəkilən şəkilləri KİV və sosial şəbəkələrdə yayılaraq fəal müzakirələr mövzusu olub.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət